Türk parlamentində növbəti dava

Türkiyəli deputat özünü qandalladı

336
(Yenilənib 12:07 20.01.2017)
Türkiyə Böyük Millət Məclisində bu günədək görünməyən hadisə baş verib

BAKI, 20 yan — Sputnik. Türkiyə Böyük Millət Məclisində konstitusiyaya dəyişikliklər üzrə qanun layihəsinin müzakirələri zamanı mübahisə yaşanıb. Mübahisəyə CHP-dən olan keçmiş qadın deputat, hazırda isə müstəqil millət vəkili olan Aylin Nazlıaka səbəb olub.

Sputnik Azərbaycan Sözcü qəzetinə istinadən xəbər verir ki, Aylin Nazlıaka özünü kürsüdəki mikrofona qandallayıb. Hadisə, həbsdə olan deputatların səsvermədə iştirak edib-etməyəcəyi barədə mübahisələr zamanı yaşanıb.

"Cümhuriyyət dəyərlərinin məhv edilməsinə qarşı çıxaraq və konstitusiyaya dəyişiklik edilməklə Məclisə vurulacaq qandala etiraz olaraq özümü kürsüyə qandallayıram" — Nazlıaka bildirib.

Qadın deputat 90 dəqiqə ərzində kürsüdə qandallı vəziyyətdə qalıb. Məclis sədri kənardan heç bir millət vəkilinin ona yaxınlaşmasına icazə verməyib. Sonda Nazlıaka özü qandalların açılmasına razılıq verib.

336
Teqlər:
Aylin Nazlıaka, qandal, etiraz, Konstitusiya, Türkiyə, millət vəkili
Əlaqədar
Azərbaycanlı millət vəkilləri AŞPA-nın iclaslarına qatılacaqlar
Millət vəkili həyacan təbili çaldı: "Manatı qorumaq mümkün deyil"
Millət vəkili: “Mossad” öz dostlarına heç vaxt xəyanət etməz
Türkiyədə 8 millət vəkili barəsində sərt qərar verildi
Türkiyədə millət vəkili həbs olundu
Türkiyəli millət vəkili: "Bircə çıxış yolumuz qalıb..."
Donald Tramp, arxiv şəkli

"Qayıdacam" - Tramp Evdən necə getdi - VİDEO

2
Bu gün Donald Tramp Ağ Evi tərk edib. Ancaq KİV-də dolaşan "Tramp daha prezident olmayacaq" iddialarına rəğmən, o qayıdacağına söz verib. Prezidenti Sinatranın ifası ilə yola salıblar

BAKI, 20 yanvar - Sputnik. Ağ Evi tərk edən ABŞ Prezidenti Donald Tramp tərəfdaşlarına "bu və ya başqa formada" geri dönəcəyini söz verib. 

"Sizi sevirik. Bu və ya başqa formada qayıdacağıq... Qoy hər işiniz yaxşı olsun. Tezliklə görüşənədək", - Vaşinqtonu tərk edib Floridaya uçmazdan əvvəl "Endryus" aviabazasında toplaşmış qohumları və tərəfdarları qarşısında çıxış edən Tramp deyib. 

​O, vitse-prezident Mayk Pensə və Konqresə xüsusi minnətdarlıq edərək birlikdə yaxşı işlədiklərini vurğulayıb. 

Bundan sonra o, ailəsinin yanına qayıdıb, qızı Tiffanini qucaqlayıb, təyyarəyə doğru yönələrkən isə qayıdaraq Ağ Evin sabiq başçısı Mark Midousun əlini sıxıb və fəxri qarovulun müşayiəti ilə prezident təyyarəsinə minib. Təyyarə havaya qalxanda isə aviabazada Frenk Sinatranın ifasında "My Way" (Mənim yolum) mahnısı səsləndirilib.

2
Teqlər:
tərk etmək, Ağ Ev, Donald Tramp
Reza Deqati, arxiv şəkli

Əcnəbilər üçün tarix dərsi: "Maşınların pəncərəsindən gizli şahidlik etdim" - FOTO

15
(Yenilənib 17:01 20.01.2021)
"Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli  şahidlik edə bildim"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Fransada yaşayan məşhur fotojurnalist Reza Deqati 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, dünyaca məşhur fotoqraf qanlı gecə haqqında özünün "Facebook" səhifəsində yazıb: "Əfqan sərkərdələri ilə dağlarda döyüşdükdən sonra dünyanın ən böyük ordularından biri təslim oldu. Şərq Blokunun parçalanması başladı - Berlin divarından yıxılacaq ilk beton parçasının simvolizə etdiyi bir proses. 19-cu əsrdən bəri Rusiyanın nəzarətində olan bir ölkədə - Azərbaycanda siyasi ixtişaşlar Kremlə qarşı üsyana çevrildi. Bu cəsarəti cəzalandırmaq üçün rus tankları 19 yanvar 1990-cı ildə gecə Azərbaycanın paytaxtı Bakıya girdi və insanları qətlə yetirdilər".

Məşhur fotoqraf həmin faciə vaxtı Bakıya gəldiyi haqqında da danışıb: "Qırğın yüzlərlə ölü və yaralıya səbəb oldu. Şəhər jurnalistlər üçün qapalı idi. Ancaq Moskvadan qatara minərək qırx səkkiz saat orada gizləndim, Bakıya gəldim. Bunun sayəsində bəzən bu üsyan cəhdinin ciddi təzyiqi altında maşınların pəncərəsindən gizli şahidlik edə bildim".

Deqati qanlı günlərin simvolu olan qərənfil haqqında da danışıb: "Milli çiçək artıq ölkəni təmsil etmək üçün deyil, o lənətə gəlmiş gecə istifadə edildi. Qırmızı qərənfillər indi yalnız cənazə üçün istifadə olunur və müstəqillik uğrunda mübarizə zamanı ölənlərin xatirəsini yad etmək üçün məzar daşlarının üzərinə qoyulur. Ağrılı keçmişin əbədi qalıqları, yerdəki çiçəklər insanları öz tarixi ilə barışığa, nəhayət azadlığa qovuşmağa dəvət edir".

Məşhur fotoqraf həmin gecə ilə bağlı "Məsumların qırğını" (The Massacre of the Innocents) adlı kitab dərc edib. R.Deqati izləyicilərini həmin kitabı oxumağa dəvət edib.

Qeyd edək ki, Reza Deqati 40 ildən çoxdur dünyanı gəzib dolaşır. O, Qarabağda dəfələrlə olub. Otuzdan çox kitabın müəllifidir. Bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

15
Teqlər:
fotoqraf, tarix, 20 Yanvar