Barak Obama, ABŞ prezidenti

Obama son dəfə İsrailə xəbərdarlıq etdi

413
(Yenilənib 11:09 19.01.2017)
ABŞ-dan İsrailə xəbərdarlıq: Sizin üçün təhlükə var

BAKI, 19 yan — Sputnik. "Fələstin-İsrail münaqişəsində iki dövlətli həlldən başqa çıxış yolu yoxdur. Bunu hər zaman söylədik. İsrail tərəfinə dəfələrlə başa salmağa çalışdıq ki, həm yəhudi dövlətini, həm də demokratik dövləti bir yerdə qura bilməzsiniz".

Sputnik xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti Barak Obama dövlət başçısı qismində keçirdiyi sonuncu mətbuat konfransında deyib. O, qeyd edib ki, Yaxın Şərqdəki münaqişənin hazırkı vəziyyəti İsrail üçün təhlükəlidir: "Vaxt uzandıqca bu məsələ həm yəhudilər, həm də fələstinlilər üçün təhlükə yaradır".

413
Teqlər:
yəhudi, dövlət, münaqişə, Fələstin, İsrail, Barak Obama, təhlükə
Əlaqədar
Obama göz yaşları içərisində amerikalılara səsləndi
Ekspert: Obama 8 il ərzində Qarabağ münaqişəsinin həllinə maraq göstərmədi
Obama əsgərlərlə sonuncu görüşünü keçirib
Obama Ərdoğanla telefonda nə danışdı?
“Obama özünü əlindən oyuncağı alınmış uşaq kimi aparır”
Donald Tramp Barak Obama barədə yanıldığını açıqlayıb
Trampdan Obamaya sarsıdıcı zərbə
Netanyahu Obamanı günahlandırdı
Şokolad

Gündə 25 qramı sizi xoşbəxt edə bilər

2
(Yenilənib 00:04 12.07.2020)
Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir.

BAKI, 12 iyul — Sputnik. Moskva sağlamlıq departamentinin dietoloqu Antonina Starodubova gün ərzində 15-25 qram şokolad yeməyi məsləhət görüb. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun fikrincə, bu miqdarda şirniyyat təhlükəsiz və faydalıdır.

Starodubova qeyd edib ki, 25 qram şokolad bir plitka şokoladın təxminən 4/1-nə bərabərdir. Səhərlər acı və tünd şokolad yemək sağlamlıq üçün faydalıdır.

Onun sözlərinə görə, bu məsləhət sağlam insanlar üçündür. Xroniki xəstəliyi olan şəxslər həkimlə məsləhətləşməlidir.

"Tərkibində yüksək miqdarda kakao paxlası (70 faizdən az olmayan) və nisbətən aşağı şəkər (25 faizdən çox olmayan) şokolad növləri faydalı hesab olunur ki, bu da acı sortlara və bəzi tünd şokolad növlərinə uyğundur. Müxtəlif dolğuları olan şokoladlar isə desert növlərinə aiddir" – deyə dietoloq vurğulayıb.

Desert şokoladın kalori miqdarı əlavələr səbəbindən artır, ancaq qoz-fındıq qarışığı olan tünd şokolad istisnadır. Belə şokoladlar bitki zülalı, lif, vitaminlər, minerallar və doymamış yağ turşuları mənbəyi hesab edilir.

Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir. Şokolad yaddaşı yaxşılaşdırır, konsentrasiyanı və mürəkkəb problemləri həll etmək qabiliyyətini artırır.

2
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

16
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

16