Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini

Avropadan ABŞ-a Qüds xəbərdarlığı

464
(Yenilənib 11:57 17.01.2017)
"Tramp ölkəsinin İsraildəki səfirliyini Qüdsə köçürəcəyi niyyətini reallaşdırarsa, yəhudi-xristian-müsəlman qarşıdurmaları güclənəcək"

BAKI, 17 yan — Sputnik. Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ABŞ-ın yeni seçilən prezidenti Donald Trampa xəbərdarlıq edib. Sputnik xəbər verir ki, buna səbəb Trampın seçki kampaniyası ərəfəsində mübahisəli Qüds şəhəri ilə bağlı verdiyi bəzi açıqlamalar olub.

Belə ki, yeni ABŞ prezidenti seçkilərdən öncə verdiyi açıqlamasında, prezident olacağı təqdirdə ölkəsinin İsraildəki səfirliyini Qüdsə köçürəcəyini söyləmişdi. Trampın bu arzusunun olduqca təhlükəli olduğunu deyən Federika Moqerini, qərar reallaşacağı təqdirdə ərəb dünyasında ciddi gərginliklər yaşanacağını, yəhudi-xristian-müsəlman qarşıdurmalarının artacağını deyib.

BMT Təhlükəsizlik Şurası 1980-ci ildə verdiyi qərarla, İsraillə Fələstin arasında mübahisəli ərazi olduğu üçün, Qüds şəhərində heç bir səfirliyin olmayacağını bildirib. Qeyd edək ki, Qüds şəhəri hazırda İsrailin nəzarəti altındadır.

464
Teqlər:
Federika Moqerini, Donald Tramp, Qüds, Avropa İttifaqı Azərbaycan, ABŞ, səfirlik
Əlaqədar
Trampdan Putinə ilginc təklif
Tramp: "Hamı mənə dəli deyirdi..."
Donald Tramp postunu vaxtından əvvəl itirə bilər
Şok iddia: Trampın seks videosu Putinin əlindədir
Prezident Tramp olsa da, ABŞ-ı yəhudi biznesmen idarə edəcək
Tramp azərbaycanlı biznesmenə 2 milyard dollar qazandırdı
Trampdan Putinə mühüm jest
F-35 qırıcısı, arxiv şəkli

Səlcuq Bayraqdar: "ABŞ-ın Türkiyəyə F-35 qırıcısı verməməsi xeyirli addımdır" - VİDEO

17
(Yenilənib 16:12 22.04.2021)
Bayraqdar üzərində işlədikləri Milli Pilotsuz Döyüş Təyyarəsi layihəsi barədə də məlumat verərək bildirib ki, sözügedən təyyarə 2023-cü ildə ilk uçuşunu gerçəkləşdirəcək.

BAKI, 22 aprel — Sputnik. "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar ABŞ-ın Türkiyəni F-35 proqramından çıxartmasına öz "Instagram" hesabından paylaşdığı video ilə münasibət bildirib. Bu barədə Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər yayıb.

Bayraqdar bildirib ki, ABŞ-ın Türkiyəyə F-35 qırıcıları verməməsi bu gün mənfi hal kimi qiymətləndirilsə də, əslində gələcəkdə milli müdafiə sənayesinin inkişafı baxımından ən xeyirli addım kimi qiymətləndirilə bilər.

"Çünki proqramını xaricdən satın alacağımız rəqəmsal kompüterlər tərəfindən idarə olunan və pilotun yerinə qərar verən xarici missiyalı kompüteri və proqramı olan bir sistem müstəqil istifadə baxımdan bizə ciddi məhdudiyyətlər yarada bilər. Bundan başqa, satınalma, istismar və təmir xərcləri nəzərə alınarsa, illər ərzində on milyardlarla dollar vəsait xərcləyəcəyimiz layihədən söhbət gedir. Bəli, bu gündən işə başlasaq, bəlkə də bu tip təyyarə düzəltməyimiz üçün 15-20 il vaxt lazım gələ bilər. Onun əvəzinə inkişaf etdiriləcək milli platformanın satınalma, istismar, təmir xərcləri isə hər bir halda F-35-dən az olacaq", – deyə texniki direktor vurğulayıb.

Bayraqdar onu da bildirib ki, üstəlik 15-20 il sonra hazır olacaq bu tip qırıcı həmin dövrə qədər başqa ölkələrin inkişaf etdirəcəyi təyyarələrdən bir nəsil geri qala bilər. Odur ki, bunun əvəzinə daha ucuz qiymətə başa gələn, süni intellektlə təchiz olunmuş pilotsuz döyüş təyyarələrini inkişaf etdirmək daha məqsədəuyğundur. Çünki gələcəyin istiqamətini məhz bu cür hava vasitələri müəyyənləşdirəcək.

Bayraqdar üzərində işlədikləri Milli Pilotsuz Döyüş Təyyarəsi layihəsi barədə də məlumat verərək bildirib ki, sözügedən təyyarə 2023-cü ildə ilk uçuşunu gerçəkləşdirəcək.

"Baykar" şirkətinin son 4-5 ildə gerçəkləşdirdiyi AKINCI platforması üzərində işin başa çatması ilə əlaqədar Milli Pilotsuz Döyüş Təyyarəsi layihəmizi bu yaxınlarda sürətləndirdik. Hədəfimiz bu platformaya aid təyyarənin ilk uçuşunu 2023-cü ildə həyata keçirməkdir", – deyə o bildirib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Rusiyadan S-400 Zenit-Raket Kompleksi aldığına görə Türkiyənin F-35 qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmi şəkildə məlumatlandırıb. Məlumatda bildirilir ki, ABŞ 2007-ci ilin yanvarında imzalanmış F-35-lərin istehsalı üzrə birgə memorandumu ləğv edib.

Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd F-35 tipli qırıcı almaq öhdəliyi götürmüşdü. Türkiyə, həmçinin F-35-lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

17
Teqlər:
video, ABŞ, Türkiyə, "F-35" qırıcıları, Səlcuq Bayrakdar, Baykar Makina
Hindistanda epidemioloji vəziyyət

Bu ölkə gündəlik COVID-19-a yoluxma sayına görə rekord vurdu

6
(Yenilənib 15:42 22.04.2021)
Halbuki bu ölkə peyvənd tətbiqinə görə bütün dünyada üçüncü yeri tutur və indiyə kimi 132 milyondan çox insan vaksinasiya olunub.

BAKI, 22 aprel — Sputnik. Hindistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu ölkədə son 24 saatda koronavirusa 314 min 835 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, Hindistan bu ilin yanvar ayında ABŞ-da qeydə alınan göstəricini keçərək dünyada antirekord vurub. Bu barədə Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadla məlumat yayıb. Son sutka ərzində Hindistanda COVID-19-dan ölənlərin sayı isə 2 min 104 nəfər olub. Nəticədə ümumilikdə bu ölkədə koronavirus qurbanlarının sayı 184 min 657-yə çatıb.

Türkiyədə epidemioloji vəziyyət
© AFP 2021 / ADEM ALTAN

Xəstəlikdən sağalanların sayı isə 13 milyon 454 min 880 nəfər olub. Hazırda 2 milyon 291 min 413 nəfərin müalicəsi davam edir.

Mütəxəssislərin sözlərinə görə, artıq xəstəxanalarda virusa yeni yoluxanları qəbul etməyə yer yoxdur və tezliklə ölkənin səhiyyə sistemi çökəcək.

Əhalisinin sayı 1,4 milyard nəfər olan ölkədə hazırda koronavirusa qarşı vaksinasiya prosesi davam edir. Səhiyyə Nazirliyi indiyə kimi 132 milyon 330 min 644 doza peyvənd tətbiq olunduğunu bildirib.

Peyvənd məlumatlarının əks olunduğu "Ourworldindata.org" internet saytınında yer alan məlumata görə, Hindistan ABŞ və Çindən sonra dünyada ən çox peyvənd tətbiq olunan 3-cü ölkədir.

 

6
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Bakıda tozlu hava, arxiv şəkli

Hava ilə bağlı açıqlama: "Öz" tozumuzdur

0
(Yenilənib 17:08 22.04.2021)
Avtomat monitorinq stansiyalarından əldə olunan məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1,6 dəfə çoxdur.

 

BAKI, 22 aprel — Sputnik. Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, lakin ötən günlərdən fərqli olaraq bu gün lokal xarakter daşıyır.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı növbəti monitorinqin nəticələrinə görə, tozlu havaya səbəb şimal-qərb küləyinin sürətinin 15-20, arabir 23-27 m/s-dək güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır. Avtomat monitorinq stansiyalarından əldə olunan məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1,6 dəfə çoxdur.

0
Teqlər:
toz, hava