Radikal dini çağırışlar edən məktəbli qız cəzalandırıldı

© pixabay / qimonoMəhkəmə çəkici
Məhkəmə çəkici - Sputnik Azərbaycan
Abunə olmaq
Məhkəmə şagirdin radikal çağırışlarına görə təhsil aldığı məktəbin rəhbərliyini günahlandırıb

BAKI, 16 yan — Sputnik. Rusiyanın Stavropol vilayətinin Yessentuki məhkəməsi, İslam dinini qəbul etmiş yetkinlik yaşına çatmayan qızı cərimələyib. Yessentuki məhkəməsindən RİA Novosti-yə bildiriblər ki, qız sosial şəbəkədə konfessiyalararası ayrı-seçkiliyə çağırış etməkdə günahlandırılıb.

Sputnik Azərbaycan Mətbuat Mərkəzində Dini təbliğata necə münasibət bəsləməli və nəyi dini təbliğat saymalı? mövzusunda mətbuat konfransı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dini radikalizm haradan qaynaqlanır?

"Məhkəmə yetkinlik yaşına çatmayan qızı RF Cinayət Məcəlləsinin 282.1-ci maddəsi ("Nifrət aşılama və ya düşmənçilik, insan ləyaqətinin alçaldılması") ilə təqsirli bilib. Ona 50 min rubl dəyərində cərimə kəsilib" — deyə məlumatda bildirilir.

Məhkəmənin məlumatına görə, cinayət işinin materiallarında göstərilir ki, "öz inancı uğrunda silahlı mübarizəyə qatılmaq barədə gizli çağırışın olduğu dini videoyazılara baxıb onlardan ilham alaraq, öz dinini islam dini ilə dəyişmiş məktəbli qız bu inancı səhv başa düşüb".

Qız düşmənçilik çağırışlarının yer aldığı videoyazıları yaymaqla yanaşı, şəxsən dinlərarası nifaqa çağırış edib. Qız məhkəmədə öz günahını etiraf edib və etdiklərinə peşman olduğunu bildirib. Məhkəmənin hakimi qərardadı şəxsən Yessentuki şəhərinin təhsil şöbəsinin müdirinə, qızın təhsil aldığı məktəbin direktoruna və yerli dini təşkilatların rəhbərlərinə göndərib.

"Qərarda göstərilir ki, sözügedən idarələrin işindəki nöqsanlar bu kimi cinayətlərin baş verməsinə səbəb olur" — deyə məhkəmə bəyan edib.

Bu qərarı şərh edən rusiyalı mütəxəssislər məhkəmə hakiminin addımını düzgün qiymətləndiriblər. Onlar hesab edirlər ki, əgər məktəb rəhbərliyi uşaqları düzgün yönləndirsəydi, təlim-tərbiyə işlərini düzgün qursaydı, bu gün yetkinlik yaşına çatmayan uşaqlar sosial şəbəkələrdə onların psixologiyasına mənfi təsir göstərən meyllərin arxasınca qaçmazdılar.

Qeyd edək ki, Yessentuki məhkəməsinin nümayəndələri son vaxtlar Rusiyada analoji halların artdığını bildiriblər: "Uşaq və yeniyetmələr arasında radikal dini qruplarının geniş təbliğatı gedir. Radikal dini qruplar daha çox sosial şəbəkələr üzərindən məktəb yaşlı uşaqların beynini yumaqla məşğul olurlar. Valideynlərin və məktəbin nəzarətindən kənarda qalan uşaqlar ağlagəlməz şeylərə meyl göstərirlər".

Haqqında söhbət gedən qızın sosial şəbəkələrdəki məlum çağırışları və paylaşımları, əsasən onun dərsdə olduğu saatlarda qeydə alınıb.

Xəbər lenti
0