ABŞ-dan kritik Suriya açıqlaması gəldi

© Photo : Getty İmagesABŞ Dövlət Departamentinin sözcüsü Mark Toner
ABŞ Dövlət Departamentinin sözcüsü Mark Toner - Sputnik Azərbaycan
Abunə olmaq
Mark Toner: "Astana danışıqlarında ABŞ-ın hansı rolunun olacağını bilmirəm"

BAKI, 14 yan-Sputnik. ABŞ Dövlət Departamentinin sözcüsü Mark Toner gündəlik mətbuat konfransında 23 yanvarda Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Suriya toplantısına dair açıqlama verib.

Sputnik hurriyet-ə istinadla xəbər verir ki, Astanada keçiriləcək görüşlərdən xəbərdar olduqlarını söyləyən Toner, "Orada rolumuzun olub-olmyacağını bilmirəm. Biz rəsmi bir dəvət almadıq" deyib.

Toner "Bu danışıqlar haqqında sizə bir şey söylədilərmi" sualına "Dövlət katibi, özünün də ifadə etdiyi kimi həm rus, həm də türk həmkarları ilə Suriyadakı vəziyyəti müzakirə edir. Buna görə də, əlbəttə, özü bu danışıqlarda prosesi sürətləndirə bilər. Lakin biz bu danışıqları təşkil edən deyilik" cavabını verib.

Xəbər lenti
0