Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Türkiyə Suriyada uçuşların təhlükəsizliyinə dair memorandum imzaladılar

© Sputnik / Dmitry Vinogradov / Mediabanka keçidРоссийский истребитель-бомбардировщик Су-34 в Сирии, фото из архива
Российский истребитель-бомбардировщик Су-34 в Сирии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Memorandum Suriyada İŞİD terror qruplaşması ilə mübarizədə Rusiya-Türkiyə əməkdaşlığına dair aparılmış məsləhətləşmələr zamanı imzalanıb.

BAKI, 12 yan — Sputnik. Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair memorandum imzalanıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə  Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, memorandum Rusiya Müdafiə Nazirliyində Suriyada İŞİD terror qruplaşması ilə mübarizədə Rusiya-Türkiyə əməkdaşlığına dair aparılmış məsləhətləşmələr zamanı imzalanıb.

Sənəddə həmçinin, terrorçuların obyektlərinə zərbələr endirilərkən Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələrinin koordinasiyası və qarşılıqlı fəaliyyətinin mexanizmləri müəyyənləşdirilib.  

Xəbər lenti
0