Gözəl bədən quruluşuna görə işdən qovuldu

© AP Photo / USA/Justiz/DiskriminierungDebrali Lorensana
Debrali Lorensana - Sputnik Azərbaycan
Abunə olmaq
Bank rəhbərliyi deyib ki, onun xarici görünüşü bankın kişi əməkdaşlarının diqqətini işdən yayındırır

BAKI, 12 yan — Sputnik. Nyu-Yorkda yaşayan 33 yaşlı Debrali Lorensana (Debralee Lorenzana), seksual görkəminə görə işdən qovulduğunu iddia edir. İş ondadır ki, qız hələ 2008-ci ilin sentyabrında "Citibank"a iş üçün müraciət edərkən, müdirinin onun xarici görkəminə və geyimlərinə işarə edən nalayiq və yersiz şərhlərinə tuş gəlib.

Gənc qadın - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda rus qadını zorladılar

Bu səbəbdən də Debrali bəyan edib ki, onun zahiri görkəmi bankın bütün dress-kod (geyim standartları) tələblərinə uyğun gəlir və o, özündə artıq heç nə görmür. Lakin bank rəhbərliyi Lorensanadan tələb edib ki, kip kostyumlar və qısa ətəklər geyinməsin, çünki bu, "bankın kişi cinsindən olan əməkdaşlarının diqqətini işdən yayındırır".

Ona ofisə dar bluzlar, sviterlər, hündür dabanlı ayaqqabılar, bir sözlə, "onun bədən quruluşunu dəqiq bildirən" geyimlər geyinmək də qadağan edilib. Halbuki analoji qadağalar bankın digər əməkdaşlarına tətbiq edilməyib.

Debrali bankın filialını dəyişəndən sonra da eyni situasiya təkrarlanıb. Nəticədə, gözəlçəni işdən qovublar. Qız bununla bağlı məhkəməyə müraciət edib. O, müraciət mətnində işdən qovulmasının səbəbini ədalətsizlik hesab edib və bunun gender bərabərliyi haqqında qanunvericiliyə zidd olduğunu bildirib. Debralinin vəkilinin sözlərinə görə, "Citibank"la münasibətləri özəl arbitraj məhkəməsi müəyyənləşdirəcək.

Xəbər lenti
0