Türkiyə Böyük Millət Məclisində dava

Türkiyə parlamentində əlbəyaxa dava düşüb

178
(Yenilənib 11:32 12.01.2017)
AKP və CHP üzvləri arasında dava baş verib. İqtidar partiyasından olan millət vəkilinin burnu sındırılıb.

BAKI, 12 yan — Sputnik. Türkiyə Konstitusiyasına dəyişikliklər edilməsinə dair təklifin 3-cü, 4-сü və 5-ci maddələri qəbul edilib. Məlumata görə, 3-cü maddənin lehinə 341, əleyhinə isə 139 səs verilib.

Bu maddəyə əsasən, seçkilərdə iştirak üçün minimum yaş həddi 25-dən 18-ə endirilir. Həmçinin, hərbi qulluqçular millət vəkilliyinə namizədliklərini irəli sürə bilməzlər.

Prezident seçkilərinin 5 ildən bir eyni gündə keçirilməsini nəzərdə tutan dördüncü maddənin lehinә 343, әleyhinә 139 səs verilib. Məclisin vəzifə və səlahiyyətlərinin sadalandığı 5-ci maddənin lehinә 343, әleyhinә 7 səs verilib. 

​Qeyd edək ki, 5-ci maddənin müzakirə edildiyi zaman iqtidar və müxalifət partiyaları arasında əlbəyaxa dava yaşanıb. Prezidentin səlahiyyətlərinin artırılmasına qarşı çıxan CHP-li millət vəkilləri AKP üzvlərinə anidən hücum ediblər. Çıxan qarşıdurmada iqtidar partiyasından olan deputat Fatih Şahinin burnu sındırılıb.

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, əlbəyaxa dava zamanı ilginc hadisə də yaşanıb. Ədalət və İnkişaf Partiyasının (AKP) Trabzon millət vəkili Muhammet Baltanın ayağını dişləyiblər. Bunu hansı deputatın etdiyi isə bilinmir.

178
Teqlər:
dəyişikliklər, dava, Konstitusiya, Türkiyə, deputat, millət vəkili
Əlaqədar
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana gəlib
Türkiyə Böyük Millət Məclisində fövqəladə toplantı keçirilir
Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçilib