İnauqurasiyaya 200 milyon dollar xərclənəcək

© REUTERS / Nancy WiechecDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Trampın andiçmə mərasiminə məşhur müğənnilərin qatılacağı da bildirilib

BAKI, 11 yan — Sputnik. Birləşmiş Ştatların yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasiminə 200 milyon dollar pul xərclənəcək. Sputnik bu barədə Reuters-ə istinadən xəbər verir.

Məlumata görə, andiçmə mərasimi ilə əlaqədar yanvarın 20-də paytaxt Vaşinqtonda Konqres binası və Ağ ev istiqamətinə gedən bütün yollar bağlanacaq, metro və avtobusların hərəkəti isə bir neçə saatlığa dayandırılacaq. Trampın andiçmə mərasiminə məşhur müğənnilərin qatılacağı da bildirilib.

Xəbər lenti
0