Zəlzələ şkalası

Bu ölkə zəlzələdən silkələndi

160
(Yenilənib 16:20 10.01.2017)
Ölü və yaralılar barədə hələlik məlumat verilmir

BAKI, 10 yan — Sputnik. Filippində rixter cədvəli üzrə 7.3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Xolo adasının cənub-şərqində yaşanıb.

Sputnik Mirror-a istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla səhər saat 06:13-də qeydə alınıb. Zəlzələnin episentri 622 km dərinlikdə yerləşib. Ölü və yaralılar barədə hələlik məlumat verilmir.

160
Teqlər:
təkan, bal, Filippin, zəlzələ, episentr
Əlaqədar
Cənub qonşumuzda güclü zəlzələ olub
Azərbaycanda zəlzələ olub
Çili sahillərində güclü zəlzələ baş verib
Rusiyada zəlzələ oldu
Azərbaycanda zəlzələ baş verib
İtaliyada siyasi zəlzələ davam edir
Ankarada zəlzələ oldu
Kitablar, arxiv şəkli

Qonkur mükafatının qalibi açıqlanıb

3
(Yenilənib 20:55 30.11.2020)
COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib

BAKI, 30 noyabr — Sputnik. Fransanın ən böyük ədəbiyyat mükafatı olan Qonkurun builki qalibi açıqlanıb.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu, fransız yazıçı Erve Le Telye olub. O, bu mükafata "Anomaliya" romanına görə layiq görülüb.

COVID-19 səbəbi ilə laureat bu dəfə hər il olduğu kimi, Parisin "Druan" restoranında deyil, videokonfrans vasitəsi ilə elan edilib.

Xatırladaq ki, Qonkur artıq yüz ildən çoxdur ki, fransız dilində yazılmış ən yaxşı romana verilir. Mükafat Qonkur qardaşlarının vəsiyyəti əsasında təsis edilib. Məbləği simvolik olaraq 10 avro təşkil etsə də, qalibə böyük nüfuz və yüksək tiraj qazandırır.

 

3
Teqlər:
kitab, Fransa, ədəbiyyat, mükafat
Bülənt Ərsoy, arxiv şəkli

Bülent Ersoyun "yaxşılığını" başına çırpdılar

9
(Yenilənib 20:24 30.11.2020)
Bülent Ersoyun açıqlamasından qısa müddət sonra vəqfdən cavab gəlib. "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi" B.Ersoya rədd cavabını verib

BAKI, 30 noyabr — Sputnik. Türk musiqisinin divası adlandırılan Bülent Ersoy ötən həftə hər biri 40 min TL dəyərində olan iki ədəd bəyaz tülkü dərisindən olan kürk alıb.

Sputnik Azərbaycan xəbər verir ki, üzərində tülkünün başı olan kürklər sosial mediada tənqid obyektinə çevrilib. Heyvanların qətl edilərək, dərisindən kürk, papaq, ayaqqabı, çanta hazırlanmasına etiraz edən heyvansevərlər Bülent Ersoyu sərt tənqid ediblər.

Vəziyyəti belə görən B.Ersoy: "Kürklərimi "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi"nə bağışlayacam" deyərək, açıqlama edib.

Bülent Ersoyun açıqlamasından qısa müddət sonra vəqfdən cavab gəlib. "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi" B.Ersoya rədd cavabını verib.

Vəqfin açıqlamasında deyilir: "Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyi Atatürk fikir və düşüncələrini müasir təhsil yoluyla çağdaş toplumlar səviyyəsinə çatdırmağı hədəfləyən örnək cəmiyyət birliyidir. Dərnəyimiz özündə təbiət, çevrə və canlı haqlarına sayğı ilə yanaşmağı birləşdirir. Bu səbəbdən heyvanların qətl edilməsi ilə hazırlanan məhsulların və ya həmin məhsullardan əldə edilən gəlirin Vəqfimizə bağışlanması qanun və dəyərlərimizə ziddir".

9
Teqlər:
dəri, kürk, Bülənt Ərsoy