Uniqlo geyim firmasının qurucusu Tadashi Yanai

Bir gündə 1.4 milyard dollar itirdi

45
(Yenilənib 15:08 10.01.2017)
O, Bloomberg indeksinə görə dünyanın ən zəngin 500 insanı arasında ən böyük maddi itki yaşayan şəxsdir

BAKI, 10 yan — Sputnik. Yaponiyanın ən zəngin adamı olaraq tanınan, "Fast Retailing" şirkətlər qrupunun qurucusu Tadashi Yanai sadəcə 1 gün ərzində 1.4 milyard dollar ziyana düşüb. Sputnik Türkiyə NTV-sinə istinadən xəbər verir ki, məşhur geyim firması "Uniqlo"nun da daxil olduğu "Fast Retailing" şirkətlər qrupu 6.7 %-lik enişlə 1.4 milyard dollar itirib.

Tadashi Yanaiyə aid butiklərdən biri
© Photo : STR
Tadashi Yanaiyə aid butiklərdən biri

Şirkətin qurucusu və idarəçisi olan T.Yanai, Bloomberg indeksinə görə dünyanın ən zəngin 500 insanı arasında ən böyük maddi itki yaşayan şəxs olub. Qeyd edək ki, 67 yaşlı Tadashi Yanainin ümumi sərvəti 17.7 milyard dollar səviyyəsindədir.

45
Teqlər:
Tadashi Yanai, "Fast Retailing", zəngin, ziyan, itki, Yaponiya, şirkət
Əlaqədar
Məşhur müğənni sərvətini itirə bilər
Ukraynadakı sərvətini Qarabağ uğrunda xərcləyən kişini nə hala saldılar...
Bu da Trampın Azərbaycandakı sərvəti
Bu adamın sərvəti ilə bir neçə ölkəni almaq olar
Azərbaycan indi də bu yeraltı sərvətin axtarışındadır