İstanbulda qar

Qarlı havaya görə məktəblərdə tətil elan olundu

44
Türkiyə Meteorologiya Baş İdarəsi İstanbulda yağan qarın günorta saatlarından sonra intensivləşəcəyini, gecə saatlarına qədər davam edəcəyini açıqlayıb.

BAKI, 9 yan — Sputnik. İstanbulda qarlı və şaxtalı hava şəraiti sabah da davam edəcək.

Modern.az xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsi İstanbulda yağan qarın günorta saatlarından sonra intensivləşəcəyini, gecə saatlarına qədər davam edəcəyini açıqlayıb.

Məlumata görə, hazırda İstanbulun müxtəlif yerlərində qarın qalınlığı 10 sm-dən 1 m 22 sm-ə qədər dəyişir. İstanbulun Qartal rayonunda qar örtüyünün qalınlığı 10-15 sm, Çatalca-Subaşında isə 1 m 22 sm-dir. Gecə saatlarına qədər əlavə olaraq 10-15 sm hündürlükdə qarın düşməsi proqnozlaşdırılır.

Qarlı, şaxtalı və fırtınalı hava şəraiti ilə əlaqədar sabah İstanbul, Çanaqqala, Balıkəsir və Yalovada məktəblərdə tətil elan olunub.

44
Robert Koçaryan, arxiv şəkli

Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər

79
Ötən gün Saakyan və Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş keçirib.

BAKI, 21 oktyabr — Sputnik. Ermənistanın ikinci prezidenti Rober Koçaryan Azərbaycanın işğal altında olan torpaqlarında qurulan separatçı "rejim"in "sabiq liderləri" Bako Saakyan və Arkadi Qukasyanla görüşüb. Sputnik Ermənistan xəbər verir ki, görüşdə Ermənistanın sabiq prezidenti Serj Sarqsyan da iştirak edib.

Qeyd olunur ki, görüş Saakyan və Qukasyanın təşəbbüsü ilə baş tutub. Görüşün mövzusu Qarabağdakı vəziyyət olub.

Xatırladaq ki, ötən gün Saakyan və Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyan və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş keçirib.

79
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, arxiv şəkli

Ermənistan xarici işlər naziri yenə Moskvaya gedib - son on gündə üçüncü dəfə

50
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan son 10 gündə Moskvaya 3-cü səfərini edib. İlkin ehtimallara görə, söhbət Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın görüşünə hazırlıq məqsədi daşıyır. 

BAKI, 21 oktyabr - Sputnik. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.

Onun sözlərinə görə, hazırda Zöhrab Mnatsakanyan Rusiyanın paytaxtı Moskva şəhərindədir.

Səfərin məqsədinin detalları barədə məlumat verilmir. Lakin ilkin ehtimallara görə, söhbət Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın görüşünə hazırlıq məqsədi daşıyır. 

Bu, son 10 gün ərzində Mnasakanyanın Moskvaya 3-cü səfəridir. 

Qeyd edək ki, Zöhrab Mnatsakanyan ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək üçün oktyabrın 23-də Vaşinqtonda olacaq.

50
Su-34 təyyarəsi, arxiv şəkli

Rusiyada qırıcı qəzaya uğradı

0
"Su-24" təyyarəsi planlı təlim-məşq uçuşu həyata keçirərkən Xabarovsk diyarında qəzaya uğrayıb. Pilotlar katapult ediblər.

BAKI, 21 oktyabr — Sputnik. Rusiyaya məxsus "Su-34" qırıcısı Xabarovsk diyarında qəzaya uğrayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

"Su-24" təyyarəsi planlı təlim-məşq uçuşu həyata keçirərkən Xabarovsk diyarında qəzaya uğrayıb. Pilotlar katapult ediblər. Onların sağlamlığı üçün təhlükə yoxdur. Ekipaj üzvləri evakuasiya edilib", -deyə Şərq Hərbi Dairəsinin yaydığı məlumatda bildirilir.

Faktla bağlı araşdırmalar başlayıb.

0