ABŞ gəmisi İran donanmasına atəş açıb

© AP Photo / Fars News Agency, Mahdi MarizadHörmüz boğazında, ABŞ donanmasına aid Alborz
Hörmüz boğazında, ABŞ donanmasına aid Alborz - Sputnik Azərbaycan
Abunə olmaq
Hörmüz boğazında Amerika və İran hərbi gəmiləri arasında gərginlik yaşanıb

BAKI, 9 yan — Sputnik. Dünən Hörmüz boğazında ABŞ donanmasına aid bir hərbi gəmi İrana məxsus 4 hərbi gəmiyə 3 dəfə xəbərdarlıq atəşi açıb. Sputnik xəbər verir ki, ABŞ donanmasına aid "USS Mahan" gəmisi üzərinə gələn İran gəmiləri ilə radio əlaqəsi quraraq, onlardan dayanmağı tələb edib.

Lakin İran gəmiləri sürəti azaltmayaraq "USS Mahan"ın 800 metrinədək yaxınlaşıb. Bu səbəbdən də, ABŞ gəmisi onlara tərəf üç dəfə xəbərdarlıq atəşi açıb və İran gəmiləri geri dönüb.

Xəbər lenti
0