Sabiq prezidentin oğlu evində ölü tapılıb

© AFP 2023 / Oliver BergPolşa polisi, arxiv şəkli
Polşa polisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhumun bədənində zorakılıq əlamətləri aşkarlanmayıb

BAKI, 9 yan — Sputnik. Polşanın sabiq prezidenti Lex Valensanın oğlu Pşemıslav Qdanskdakı şəxsi mənzilində ölü tapılıb. Sputnik bu barədə RMF radiostansiyasına istinadla xəbər verir.

43 yaşlı Pşemıslavın meyitini onun oğlu tapıb və təcili yardım çağırıb. Radiostansiyanın məlumatına görə, mərhumun bədənində zorakılıq əlamətləri aşkarlanmayıb. Ekspertlər onun ölümündə üçüncü şəxsin əlinin ola biləcəyini istisna edirlər.

Polşanın eks-prezidenti Lex Valensa və xanımı Danutun 8 uşağı — 4 oğlu və 4 qızı var. Pşemıslav Valensa avtomobili içkili surətdə idarə etməsi səbəbindən dəfələrlə qəza törədib və qəza şəraiti yaradıb. O, 1995-ci ildə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 9 ay şərti cəzaya məhkum edilib. 2003-cü ildə isə 1 il müddətinə şərti cəza alıb.

Xəbər lenti
0