“Reina” klubunda cinayəti Özbəkistan vətəndaşı törədib

© REUTERS / Murad SezerЦветы у входа в ночной клуб Рейна, где произошел теракт, Стамбул, 3 января 2017 года
Цветы у входа в ночной клуб Рейна, где произошел теракт, Стамбул, 3 января 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Əbdülqadir Maşaripov İŞİD terror təşkilatının Orta Asiya qanadı ilə əlaqəlidir. Onun 1983-cü ildə anadan olduğu, Qırğızıstanın Oş şəhərində ali təhsil aldığı və qırğız pasportuna malik olduğu bildirilir.

BAKI, 8 yan — Sputnik. İstanbulun Reina gecə klubunda insanlara atəş açan Əbdülqədir Maşaripov adlı "Əbu Məhəmməd Xorasani" ləqəbli Özbəkistan vətəndaşı olub. Bu barədə Türkiyə mediası məlumat yayıb.

Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. Nəticədə 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.

KİV-də həmçinin Maşaripovun milliyyətcə özbək olduğu vurğulanır. Hüquq-mühafizə orqanları terrorçunun hələ ölkəni tərk etmədiyinə əmindirlər. MİT bütün sərhəd məntəqələrinə terrorçunun şəxsiyyəti barədə məlumat göndərib. 

Məlumata əsasən, Maşaripov İŞİD terror təşkilatının Orta Asiya qanadı ilə əlaqəlidir. Həmçinin onun 1983-cü ildə anadan olduğu, Qırğızıstanın Oş şəhərində ali təhsil aldığı və qırğız pasportuna malik olduğu bildirilir. 

Maşaripovun şəxsiyyətini onun cinayət yerindən qaçmaq üçün mindiyi taksinin sürücüsü sayəsində müəyyən ediblər.

Xəbər lenti
0