2017-ci ildə Yer kürəsini fəlakət gözləyir

© AFP 2023 / HO/NOAAYür kürəsinin kosmosdan görünüşü
Yür kürəsinin kosmosdan görünüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Cari illə bağlı dəhşətli proqnoz: "Planet əhalisinin üçdə ikisi məhv olacaq"

BAKI, 5 yan — Sputnik. Bir çox amerikalı astronomlar əmindirlər ki, "X planeti" adı ilə məşhur olan Nibiru planeti həqiqətən də mövcuddur. Bununla belə, o, sürətlə Yer planetinə yaxınlaşır.

Alimlər bildirirlər ki, bizim planetdəki zəlzələ, quraqlıq, qasırğa, son zamanlar tez-tez müşahidə olunan vulkan püskürmələri və s. kimi bütün kataklizmlər Nibirunun təsir gücü ilə əlaqədardır. Belə bir əminlik var ki, təbii fəlakətlər qlobal xarakterli olacaq və bəşəriyyət 22-ci əsrə qədər yaşamayacaq.

Mars planeti, arxiv şəkli - Sputnik Azərbaycan
Mars planetində çəkilən görüntü dünyada şok yaradıb

Alimlərin fikrincə, X planeti Günəşin ətrafında uzun orbiti daxilində ellepsvari dövrə vurur. Hazırda bu göy cismi Günəş sisteminə qayıdır. Qeyd edək ki, bu planetin günəş ətrafında bir dövrə vurması üçün 3600 il lazım gəlir.

Qeyd edək ki, hələ İsaak Nyuton bizim əsrin 60-cı illərində baş verəcək cəhənnəmin (apokalipsis) proqnozunu vermişdi. KİV-də yayılmış məlumatlara görə, perspektivdə baş verəcək fəlakətlərlə bağlı supergüclərin hökumətlərində, NASA və Vatikanda məlumat var.

Hələlik heç kəs sadə vətəndaşları gözlənilən təhlükə barədə xəbərdar etmək barədə düşünmür. Hələlik o məlumdur ki, Nibirunun Yerə yaxınlaşması ilə planetimizin əhalisinin üçdə ikisi qırılacaq.

"X planeti — 2017-nin gəlişi" kitabının müəllifi Devid Mid əmindir ki, Nibiru bizim planetlə 2017-ci ilin oktyabrında toqquşa bilər. Mid qeyd edib ki, nəhəng planet Yerə cənub qütbü tərəfindən yaxınlaşacaq. Kitabda müəllif öz nəzəriyyəsini elmi cəhətdən əsaslandırıb.

Kitabı oxuyanların çoxu isə o fikirdədir ki, müəllifin real arqumentləri yoxdur. Burada yazılanlar daha çox dini mülahizələrə əsaslanır. NASA-ya gəlincə, o, bu cür söhbətləri adi mistifikasiya hesab edir.

Xəbər lenti
0