ABŞ valyutası yeni rekord qırıb

Abunə olmaq
Türkiyədə bu gün dollar 3.6401 məzənnəsi ilə tarixi zirvəyə yüksəlib

BAKI, 5 yan — Sputnik. ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayının iclasının protokolları açıqlandıqdan sonra türk lirəsi (TL) yenidən dəyərsizləşib. Sputnik bloomberght-ə istinadən xəbər verir ki, Türkiyədə bu gün dollar 3.6401 məzənnəsi ilə tarixi zirvəyə yüksəlib.

Məzənnə daha sonra 3.62-yə düşüb. Türk lirəsi bu gün ən böyük enişə məruz qalan valyuta olub. Bu gün səhərə olan məlumata görə, avro/TL nisbəti də 3.80-i keçib.

USD/TL nisbəti çərşənbə axşamı günü 3.6042 ilə tarixi zirvəyə yüksəlmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında, başda Mərkəz Bank və ictimai banklar olmaqla, faizlərin aşağı çəkilməsinin lazım olduğunu qeyd etmişdi.

Xəbər lenti
0