Aktrisa övladının ölümünə dözmədi

© AFP 2023 / BEN STANSALL Amerikalı aktrisa Debbi Reynolds
Amerikalı aktrisa Debbi Reynolds - Sputnik Azərbaycan
Abunə olmaq
Təcili xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

BAKI, 30 dek – Sputnik. Amerikalı məşhur aktrisa Debbi Reynolds dünyasını dəyişib. Sputnik bu barədə ABŞ mediasına istinadən məlumat verir.

Xəbərə görə, 84 yaşlı aktrisa və müğənni Debbi Reynolds insult keçirib. Təcili xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 3 gün əvvəl 84 yaşlı D.Reynoldsun qızı, məşhur aktrisa Kerri Fişer 61 yaşında ürək tutması nəticəsində vəfat edib.

Aktrisanın anası bu hadisədən bərk sarsılıb və dünən axşam saatlarında insult nəticəsində vəfat edib.

Xəbər lenti
0