Donald Trampdan İsrailə "güclü ol" çağırışı

© REUTERS / Mike Segar Donald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
"Sonun başlanğıcı - qorxunc İran razılaşması, indi də BMT. Güclü qal İsrail. 20 yanvar sürətlə yaxınlaşır"

BAKI, 29 dek — Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasında İsrailin məskunlaşma fəaliyyəti əleyhinə qəbul edilən qətnamədən sonra, "Tvitter"-də İsrailə dəstək mesajlarını davam etdirir. Sputnik "Akşam"a istinadla xəbər verir ki, "Tvitter" vasitəsilə İsrailə dəstək mesajı verən Tramp, bu ölkəyə özünün vəzifə başına gəldiyi zamana qədər güclü olması çağırışı edib.

Benyamin Netanyahu - Sputnik Azərbaycan
ABŞ-ın dövlət katibi anti-semit elan edildi

Tramp "İsrailə bu qədər alçaldıcı və hörmətsiz davranılmasına icazə verə bilmərik. ABŞ-da yaxşı bir dostları var idi, amma artıq yoxdur. Sonun başlanğıcı — qorxunc İran razılaşması, indi də BMT. Güclü qal İsrail. 20 yanvar sürətlə yaxınlaşır" paylaşımını edib.

Donald Tramp daha əvvəl də BMT Təhlükəsizlik Şurasında İsrail əleyhinə qərara veto qoyulması çağırışını edib, ABŞ-ın bitərəf qalmasıyla qərarın qəbul edilməsindən sonra verdiyi açıqlamada isə "BMT-yə gəlincə, yanvarın 20-dən sonra işlər fərqli olacaq" ifadəsindən istifadə etmişdi.

Xəbər lenti
0