BAKI, 26 dek — Sputnik. BMT Təhlükəsizlik Şurasının, Fələstin torpaqlarında İsrailin mәskunlaşma fәaliyyәti ilә bağlı qәbul etdiyi qәtnamәdәn sonra, layihәnin lehinә sәs verәn ölkәlәrin İsraildәki sәfirlәri Xarici İşlәr Nazirliyinә çağırılıb. Sputnik Türkiyə KİV-nə istinadən xəbər verir ki, qәbul olunan qәrara sərt reaksiya verәn İsrail hökuməti sәfirlәrdәn izahat tələb edib.
İsrailin baş naziri Benyamin Netanyahu sәsvermәdә bitәrәf qalan ABŞ-ı da sәrt dillә tәnqid edib: "ABŞ ilә aramızda mәskunlaşma siyasәti ilә bağlı fikir ayrılığı olub. Bununla belə, biz əvvəllər razılaşmışıq ki, BMT Təhlükəsizlik Şurası bu məsələnin həlli yeri deyil".
İsrail baş naziri veto hüququndan istifadə etməyən ABŞ-ı İsraili tək qoymaqla günahlandırıb.
BAKI, 17 yanvar - Sputnik. Gürcüstanda ötən sutkada koronavirusa 780 yeni yoluxma faktı təsdiqlənib, 1 608 nəfər sağalıb, 17 pasiyent isə vəfat edib.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 247 805 nəfər yoluxub. Onların 232 993-ü sağalıb, 2 933-ü isə ölüb.
Karantin rejimində 472, stasionar nəzarətdə 3 659 nəfər var. 649 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.
Leonid Valitov bu məqsədlə cəmi iki əşyadan istifadə edir: rəsm və kürək. Leonid “Photoshop”proqramında eskizlər yaradaraq onları işarələyir və sonra buz meydançasına köçürür. Adətən, rəsmləri gecələr çəkir, çünki həmin vaxt kortda heç kim olmur.
Həmin vaxt meydançadakı qar örtüyü də hamar olur və iş prosesini asanlaşdırır. Bir standart rəsm üzərində iş 5 saata yaxın vaxt aparır.
BAKI, 17 yanvar - Sputnik. "Ünvanlı sosial yardım almaq üçün hara müraciət etməliyəm?", "Ünvanlı sosial yardım almaq üçün hansı sənədlər tələb edilir?".
Sputnik Azərbaycan xəbər verir ki, ünvanlı sosial yardıma müraciət proseduru ilə bağlı bir çox sualları nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən videoçarx hazırlanıb. Videoçarxda e-sosial.az portalı vasitəsilə ünvanlı sosial yardıma müraciət qaydası izah olunur.