BMT TŞ İsraildən qeyri-qanuni məskunlaşmalarına son verməsini istəyən qərar qəbul etdi

© REUTERS / Andrew KellyBirləşmiş Millətlər Təşkilatı
Birləşmiş Millətlər Təşkilatı - Sputnik Azərbaycan
Abunə olmaq
Təhlükəsizlik Şurasının qərarı, İsrailin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan səsverməyə müdaxilə etməsini istəməsindən sonra geri çəkilmişdi.

BAKI, 24 dek-Sputnik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İsraildən qeyri-qanuni məskunlaşmalarına son verməsini istəyən bir qərar qəbul edib. ABŞ səsvermədə qərarı veto etmək yerinə bitərəf qalıb.

Sputnik BBC-yə istinadla xəbər verir ki, qərar 14 lehinə və 1 bitərəf səslə 1 qəbul edilib.

Təhlükəsizlik Şurasının qərarı, İsrailin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan səsverməyə müdaxilə etməsini istəməsindən sonra geri çəkilmişdi. Ancaq Malayziya, Yeni Zelandiya, Seneqal və Venesuelanın dövrəyə girməsindən sonra qərar yenidən gündəmə alınıb.

Qərar layihəsi Misir tərəfindən hazırlanıb.

Qərarda "İsrail dərhal və tamamilə, Şərq Qüds də daxil olmaq üzrə, işğal altındakı Fələstin torpaqlarında bütün yaşayış yeri fəaliyyətlərini durdurmalı" çağırışı edilir.

İsrail məskunlaşmalarının "qanuni dayağının olmadığı" ifadə edilir.

Qərarın ardından İsrail Baş nazirlik ofisindən edilən şərhdə, "İsrail, BMT-dəki bu utancverici İsrail əleyhdarı qərarı rədd edir və şərtlərinə əməl etməyəcək" deyildi.

Açıqlamada "Obama rəhbərliyi yalnız İsraili qorumaqda müvəffəqiyyətsiz olmaqla qalmadı, eyni zamanda BMT-dəki bu təşkilatlanmağa pərdə arxasından dəstək verdi" deyildi.

Açıqlamada "İsrail Donald Tramp ilə çalışmayı dörd gözlə gözləyir" ifadələri də yer alıb.

İsrailin BMT səfiri Danny Dannon isə Təhlükəsizlik Şurasının qərarının sülh ehtimalını zədələyəcəyini müdafiə edib.

Xəbər lenti
0