İŞİD diri-diri yandırdığı türk əsgərləri

İŞİD 2 türk əsgərini diri-diri yandırdı

1165
Hökumət bütün sosial şəbəkələrdə, o cümlədən televiziya və internet mediada həmin videogörüntünün yayımının qarşısını alıb

BAKI, 23 dek — Sputnik. İŞİD terror qruplaşması bir neçə həftə əvvəl girov götürdüyü 2 türk əsgərini diri-diri yandıraraq, videogörüntünü internetdə paylaşıb.

Sputnik Türkiyə KİV-nə istinadən məlumat verir ki, hökumət bütün sosial şəbəkələrdə, o cümlədən televiziya və internet mediada həmin videogörüntünün yayımının qarşısını alıb. Qeyd edək ki, oxşar məhdudiyyət Ankarada Rusiya səfiri Andrey Karlovun öldürülməsindən sonra da tətbiq edilmişdi.

Xəbərdə, ötən il ələ keçirilmiş 2 əsgərin Suriyanın Əl-Bab şəhərində edam edildikləri bildirilir. Qeyd edək ki, hazırda bu yaşayış məntəqəsi uğrunda döyüşlər gedir. Türk ordu rəhbərliyi çoxlu sayda İŞİD terrorçusunun məhv edildiyini açıqlayıb.

1165
Teqlər:
sosial şəbəkə, türk, terror, əsgər, girov, İŞİD
Əlaqədar
İŞİD Palmiranı son iki gündə ikinci dəfə ələ keçirib
Palmira şəhəri İŞİD-dən alınıb
İŞİD-çilər prezident sarayını partlatmaq istədilər
İŞİD Palmiranı geri qaytarır
Türk qırıcıları 18 İŞİD terrorçusunu məhv etdi
İŞİD-in əsas liderlərindən biri öldürüldü
Suriyanın şimalında daha 6 kənd İŞİD-dən təmizləndi
Samsung şirkəti

Dünya nəhənginin rəhbəri vəfat etdi

9
2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

BAKI, 25 oktyabr — Sputnik. Samsung konserninin sədri Li Qon Hi vəfat edib, Sputnik Azərbaycan bildiri ki, bu barədə Rönhap agentliyi xəbər verir.

Biznesmen bazar günü Seuldakı Samsung xəstəxanasında keçinib.

Li Qon Hi 1942-ci ildə anadan olub və 1987-ci ildə Samsung-un ikinci sədri olub. O, bu vəzifədə qrupun yaradıcısı olan öz atası Li Byon Çxolu əvəz edib.

2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

Cənubi Koreya prokurorluğu Li Çjo Yonun hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni maxinasiyalara əl atmasından şübhəlidir.

Li Çjo Yondan başqa Li Qon Hinin iki qızı qalıb - Li Bu Çjin və Li So Hyon. Daha bir qızı Li Yun Hyon 2005-ci ildə intihar edib.

9
Ginnesin Rekordlar kitabının sertifikatı, arxiv şəkli

Çinli iki metr yarıma yaxın boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir - VİDEO

31
14 yaşlı Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

BAKI, 24 oktyabr — Sputnik. Çində yaşayan 14 yaşlı Keyu Ren 2 metr 21 santimetr boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət edib.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. 14 yaşlı Reni yaşıdlarından fərqləndirən ən vacib xüsusiyyət 2 metr 21 santimetr uzunluğunda olmasıdır. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

Ren 13-18 yaş kateqoriyasında 2 metr 21 santimetr hündürlüyündə Rekordlar Kitabına namizəd kimi göstərilib. Ren müsbət cavab alacağını gözləyir.

Qeyd edək ki, indiyədək dünyada ən uzun yeniyetmə kimi 2015-ci ildə 2 metr 15 santimetr boyu ilə ABŞ-dan olan Kevin Bradford Rekordlar Kitabına düşüb.

31