Prezident ölkədə neft çıxarılmasını qadağan etdi

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidNeft nasosları
Neft nasosları - Sputnik Azərbaycan
Abunə olmaq
Şimal qütbündə neft çıxarılması müddətsiz şəkildə qadağan edilib

BAKI, 21 dek — Sputnik. Vəzifəsi müddəti başa çatmaq üzrə olan, ABŞ prezidenti Barak Obama, ölkənin şimalındakı ərazi sularında neft və təbii qazın çıxarılmasını müddətsiz olaraq qadağan edib. Sputnik BBC-yə istinadla xəbər verir ki, Obama Şimal qütbü və Atlantik okeanındakı bölgələrin gələcəkdə icarəyə verilməsini müddətsiz olaraq məhdudlaşdırıb.

Bu addım Obamanın yanvarda vəzifəsini buraxmazdan əvvəl, bölgəni qorumaq cəhdi olaraq görülür. Ağ Ev sözügedən qərarın, güclü, davamlı bir şimal qütb iqtisadiyyatı və ekosistemi üçün verildiyini açıqlayb. Qadağaya səbəb kimi, mədəni ehtiyaclar, vəhşi həyatla əlaqədar qayğılar və bölgənin neft sızıntılarına qarşı təhdidə açıq olması göstərilib.

Kanada hökuməti də sərhəd bölgədə analoji qərar verib. Kanadada bu qərar beş ildən bir təkrar nəzərdən keçirəcək. Lakin ABŞ-da qəbul olunan qərarın müddətsiz olduğu bildirilir.

Xəbər lenti
0