Pokemon Go

İki dünyanı birləşdirən kompüter oyunu

29
Bu kompüter oyunu sizin fiziki imkanlarınızı artıra bilər

BAKI, 20 dek — Sputnik. Müşahidələr göstərib ki, "Pokemon Go" oyunu bir müddət öz oyunçularının fiziki formalarını yaxşılaşdırır. RİA xəbər verir ki, BMJ jurnalında dərc olunan məqaləyə görə, oyunçular hər gün adi haldan bir kilometr daha çox gəzdikləri üçün öz çəkilərini azaldıblar.

"Pokemon Go" oyunu "Niantic" korporasiyası tərəfindən 2016-cı ilin iyul ayında buraxılıb. Bu oyun "virtual və real dünyanı birləşdirən" ilk oyun olduğu üçün çox məşhurdur. Oyunun çıxdığı ilk aylarda yarım milyarddan artıq insan onu yükləmişdi.

"Niantic" qeyd edirdi ki, oyun insanları tək əyləndirmir, həm də onları böyük məsafələri qət etməyə məcbur edərək, öz sağlamlıqlarını yaxşılaşdırmağa imkan verir. Bundan başqa, pokemon axtarışında olan insanlar yeni gözlənilməz yerlərə getməli olurlar.

Lakin təcrübə göstərdi ki, oxşar "macəralar" gözlənilməz kəşflərə və xoşagəlməz sürprizlərə də gətirib çıxarır. Məsələn, ABŞ-ın Missuri ştatındakı quldurlar nadir pokemonlar olan yerlərdə pusqu qururdular, digər ştatlarda isə pokemon axtaran şəxslər itkin düşmüş adamların cəsədlərini tapmağa başladılar.

Rusiyada isə deputatlar dəfələrlə bu oyunu qadağan etməyi təklif ediblər. Bir video-bloger Yekaterinburqdakı məbəddə oynadığına görə həbs olunmuşdu.

ABŞ-ın Harvard Universitetindən olan Ketrin Hou və onun həmkarları pokemon axtarışının insan sağlamlığına təsirini öyrənməyə çalışıblar. Bu məqsədlə onlar avqustun əvvəlində müntəzəm olaraq "Pokemon Go" oynayan min könüllüdən ibarət qrup toplayıblar və onların smartfonlarına addımları ölçən proqram yükləyiblər.

Bir neçə həftə sonra nəticələr göstərib ki, "pokemonçular" bu oyunu oynamayan şəxslərdən gün ərzində 800-1000 metr daha çox gəzirlər. Alimlər qeyd edirlər ki, bu, 11 dəqiqəlik yavaş gəzməyə bərabərdir. Bu məsafə, həmçinin fiziki formanı saxlamaq üçün Ümumdünya Səhiyyə Təşkilatının gəzməyi məsləhət gördüyü məsafənin yarısına bərabərdir. Belə olan halda, demək olar ki, ilk həftələrdə bu oyun həqiqətən də artıq çəki ilə mübarizə aparmağa kömək edib.

Digər tərəfdən isə, məlum olub ki, bu pozitiv effekt uzun çəkmir və ən uzağı beş həftəyə qədər davam edir. Vaxt keçdikcə, oyunçular daha az oynamağa başlayırlar və artıq beşinci həftəyə onların və bu oyunu oynamayan şəxslərin gəzdikləri məsafə arasındakı fərq sıfıra enir.

"Lakin bu 5-6 həftəlik fiziki aktivliyi hesabdan çıxarmaq olmaz. Biz, sadəcə tapmalıyıq ki, insanlarda gəzməyə, müəyyən hərəkətlər etməyə və başqa aktivlik formaları ilə daha çox məşğul olmağa necə maraq yaradaq", — deyə alimlər əlavə ediblər.

29
Teqlər:
macəra, pokemon, oyunçu, "Pokemon Go", fiziki, oyun
Əlaqədar
İdman mərc oyunlarında uduşlardan vergi tutulmayacaq
Bu oyun İranda qadağan edildi
Dünyada qadağan olunmuş məşhur kompüter oyunları: Top 10-luq
Rayonlarda İnformatikanı tədris edən müəllimlər kompüterdən istifadəni bacarmırlar
Kompüterdə çox işləyənlər bu xəbəri mütləq oxusunlar
Koronavirusdan ölən şəxsin meyiti, arxiv şəkli

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

27
(Yenilənib 23:07 25.11.2020)
Ekvador Prokurorluğu bu işə Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlayıb.

BAKI, 25 noyabr — Sputnik. Ekvador Prokurorluğu yeni tip koronavirus (COVID-19) pandemiyasının ən kritik günlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə Quayakil şəhərindəki qəbirlərin bir hissəsi eksqumasiya olunub.

Ekvador Prokurorluğunun sosial media vasitəsilə verdiyi açıqlamada "Hazırda Milli Ekspertiza Sisteminin dəstəyi ilə COVID-19 pandemiyası zamanı həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT nümunələri toplayırıq", - deyə bildirilir.

İndiyə kimi Quayakildəki Los Seybos xəstəxanasından aparılaraq basdırılmış 45 cəsəddən 18-i artıq qəbirdən çıxarılıb. Dauel qəsəbəsindəki La Avrora qəbirstanlığında isə eksqumasiya işlərinin bir neçə gün sonra başa çatdırılacağı bildirilib.

Qeyd edək ki, Ekvador Prokurorluğu istintaqa may ayında, Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlamışdı. Pandemiyanın geniş yayıldığı mart-aprel ayları ərzində ölkənin səhiyyə sistemi çökmüş, virusdan ölənlərin basdırılamasında isə böyük çətinlik yaranmışdı. Dövlət xəstəxanalarında cəsədlərin qarışıq düşməsi ilə yanaşı, evində ölənlərin meyitləri də toplanaraq günlərlə gözlədikdən sonra şəxsiyyətləri müəyyən olunmadan yandırılmışdı. Yaranan qarışıqlıq zamanı sistemdə ölü kimi qeydə alınan bəzi insanların sonradan əslində sağ olduqları üzə çıxdı. Bundan sonra Ekvador Prokurorluğu bütün məzarların bir-bir eksqumasiya olunması haqqında qərar verdi.

27
Fransa bayrağı, arxiv şəkli

Fransa Senatından Azərbaycan əleyhinə xaincəsinə qərar

122
(Yenilənib 22:12 25.11.2020)
XİN: Parisin “Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

BAKI, 25 noyabr - Sputnik. Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: Parisin “Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

122
Teqlər:
Dağlıq Qarabağ, Fransa

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0