Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

O küçəyə Andrey Karlovun adı veriləcək

© Sputnik / Nina Zotina  / Mediabanka keçidÇavuşoğlu və Rusiya xarici işlər naziri Lavrov
Çavuşoğlu və Rusiya xarici işlər naziri Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: "Bu xain terror hücumunun arxasındakıları ortaya çıxarmaq məcburiyyətindəyik"

BAKI, 20 dek — Sputnik. Suriyadakı böhranı müzakirə etmək üçün Moskvada olan Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu, rus həmkarı Sergey Lavrovla birgə mətbuata açıqlama verib. Sputnik xəbər verir ki, dünən axşam Ankarada sui-qəsdə qurban gedən rus səfir Andrey Karlovun ölümü ilə bağlı açıqlama verən hər iki nazir, bunun bir təxribat olduğunu qeyd edib.

Ankaradı ABŞ səfirliyi - Sputnik Azərbaycan
ABŞ Türkiyədəki bütün diplomatik nümayəndəliklərini bağladı

Lavrov deyib ki, dünənki hadisə bir daha, beynəlxalq terrorizmlə ciddi mübarizə aparmağın vacibliyini ortaya qoydu: "Dövlət başçılarımızın dünən ifadə etdikləri kimi, bu faciə beynəlxalq terrorizmlə daha səmərəli şəkildə mübarizə aparmağı tələb edir. Bugünkü ikitərəfli və üçtərəfli toplantılarmız Suriyadakı problemin həllinə, humanitar yardımların çatdırılmasının asanlaşdırılmasına yardımçı olacaq".

Öz növbəsində Çavuşoğlu, səfir Andrey Karlova qarşı edilən sui-qəsdi lənətlədiyini söyləyib: "Andrey Karlov, vəzifəsini çətin şərtlərdə icra edən çox yaxşı bir diplomat idi. Rusiya onsuz da ən yaxşı diplomatlarını Ankaraya göndərir. Bu da əlaqələrimizə verdiyi dəyərin göstəricisidir".

"Ancaq Andrey Karlov yaxşı bir diplomat olmaqdan savayı ideal bir insan idi. Bilməyinizi istəyirəm ki, ən az Rusiya qədər Türkiyə və Türk xalqı da çox kədərlidir. Hər iki dövlət bu hücumun qarşılıqlı əlaqələrə zərbə vurmaq cəhdi olduğunu yaxşı bilir və buna icazə verməyəcək", — türk nazir bildirib.

"Bu xain, alçaq terror hücumunun arxasında nə var, kimlər var? Bunu da ortaya çıxarmaq məcburiyyətindəyik. Bunu da birlikdə bacaracağıq", — o, əlavə edib.

Türkiyənin XİN rəhbəri, həmçinin qeyd edib ki, hadisənin baş verdiyi küçəyə, məhz Andrey Karlovun adı veriləcək.

Xəbər lenti
0