ABŞ Türkiyədəki bütün diplomatik nümayəndəliklərini bağladı

© AFP 2023 / ADEM ALTANAnkaradı ABŞ səfirliyi
Ankaradı ABŞ səfirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Birləşmiş Ştatların Ankaradakı səfirliyinin qarşısında atəş səsləri eşidilib

BAKI, 20 dek — Sputnik. Dünən gecə Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsdə qurban getməsindən sonra, ABŞ-ın bu ölkədəki səfirliyi qarşısında silah səsləri eşidilib. Sputnik İndependent-ə istinadən bildirir ki, Şahin S. adlı bir nəfər, Birləşmiş Ştatlar səfirliyinin qarşısına gələrək havaya 8-9 dəfə atəş açıb.

Atəş anında həmin şəxs "Allaha and olsun, bizimlə oyun oynamayın" deyə yüksək səslə bağırıb. Türk polisi Şahin. S-i yerindəcə həbs edərək polis bölməsinə aparıb.

Hadisədən dərhal sonra ABŞ Türkiyədəki səfirliyini müvəqqəti olaraq bağladığını açıqlayıb. Bundan başqa İstanbul və Adanadakı Amerika konsulluqları təhlükəsizlik səbəbilə qapadılıb. Bir neçə saat sonra açıqlama verən Birləşmiş Ştatlar səfirliyi viza görüşmələri üçün yeni vaxt təyin ediləcəyini bildirib.

Xəbər lenti
0