Türkiyədəki rus səfirinə hücum

Türkiyədəki Rusiya səfirini öldürən şəxs polisdir

331
(Yenilənib 23:20 19.12.2016)
Silahlı hücumu Türkiyənin Aydın vilayətindən olan 1994-cü il təvəllüdlü, Ankara Cevik Polis Alayında xidmət edən Mövlud Mətin Altıntaş törədib.

BAKI, 19 avq — Sputnik. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı iki qadın saxlanılıb.

Milliyet-in məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Nazir qeyd edib ki, silahlı hücumu Türkiyənin Aydın vilayətindən olan 1994-cü il təvəllüdlü, Ankara Cevik Polis Alayında xidmət edən Mövlud Mətin Altıntaş törədib. Hücumu törədən şəxs öldürülüb.  

Nazir, həmçinin, hadisə zamanı daha 3 nəfərin yaralandığını, onlardan birinin artıq evə buraxıldığını, daha iki nəfərin isə müalicəsinin davam etdiyini, onlardan birinin ayağından, digərinin isə qolundan yaralandığını qeyd edib.

Şübhəli qismində saxlanılan qadınlar da Aydın vilayətindəndirlər.

331
Mövzu:
Rusiyanın Ankaradakı səfirinin qətli (13)