Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Türkiyədəki səfiri güllələndi

© REUTERS / Umit BektasТурецкий спецназ около здания художественной галереи, где было совершено нападение на российского посла
Турецкий спецназ около здания художественной галереи, где было совершено нападение на российского посла - Sputnik Azərbaycan
Abunə olmaq
Səfir ağır yaralı halda xəstəxanaya yerləşdirilib

BAKI, 19 dek — Sputnik. Bu gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov silahlı basqına məruz qalıb. Hadisə Ankarada müasir sənətlər mərkəzindəki bir rəsm sərgisinin açılışında baş verib.

Ən son məlumatlara görə, hadisə yerinə cəlb olunan çevik polis qüvvələri hadisəni törədən şəxsi zərərsizləşdirərək gözaltına alıblar. Hürriyet-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə isə, əvvəlcə havaya atəş açan həmin şəxs, sonra bir neçə dəfə səfirin bədəninə atəş açıb.

Hadisə şahidlərinin Sputnik-ə verdiyi məlumata görə, hadisənin törədən şəxs atəş açmadan öncə, uca səslə "Hələbdə baş verənlərin intiqamını alacağıq" deyə qışqırıb və ardından səfirə atəş açmağa başlayıb. O, türkcə danışırmış.

İlkin məlumatlara görə, 25 yaşlarında olan naməlum şəxs saxta polis vəsiqəsi ilə zala daxil olduqdan sonra səfirin üz nahiyəsinə 3-4 dəfə atəş açıb. Ağır yaralı olan səfir təcili xəstəxanaya çatdırılıb.

Xəbər lenti
0