PKK-nın ən zəif yerindən vurulur

© AP Photo / Cagdas ErdoganPKK üzvləri
PKK üzvləri - Sputnik Azərbaycan
Abunə olmaq
Başladılan əməliyyat PKK-ya maliyyə dəstəyinin qarşısını almağa hesablanıb

BAKI, 19 dek — Sputnik. Türkiyənin Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları PKK tərəfdarlarına qarşı genişmiqyaslı əməliyyat başlayıblar. Sputnik Anadolu Agentliyinə istinadən xəbər verir ki, ölkənin 45 əyalətində aparılan anti-terror əməliyyatları nəticəsində, terrorçulara yardım etməkdə şübhəli bilinən 924 nəfər həbs olunub.

Türkiyə DİN-dən bildirilib ki, polisin davam etdirdiyi əməliyyat PKK-ya maliyyə dəstəyinin qarşısını almağa hesablanıb.

Xəbər lenti
0