Türk ordusu Suriyada daha bir şəhid verdi

© REUTERS / Khalil AshawiTürkiyə ordusuna aid tankı Suriyada, arxiv şəkli
Türkiyə ordusuna aid tankı Suriyada, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı daha beş əsgərin də yaralandığını açıqlayıb

BAKI, 19 dek — Sputnik. Suriyanın şimalında "Fərat qalxanı" əməliyyatını davam etdirən türk ordusunun daha bir əsgəri şəhid olub. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Əl-Bab şəhərinin İŞİD-dən təmizlənməsi əməliyyatı zamanı yaralanan türk hərbçilərindən biri şəhid olub.

Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı da təsdiqləyib. Daha beş əsgərin də yaralandığı bildirilir.

Xəbər lenti
0