Zürafə və aslanlar, arxiv şəkli

Otyeyən heyvan aslanları pərən-pərən saldı

524
Zürafə, öz balasını meşə krallarından qorumaq üçün onlarla mübarizə aparıb və qalib gəlib

BAKI, 18 dek — Sputnik. Dünyanın ən vəhşi heyvanlarından biri, meşənin kralı sayılan şir, ot yeyən heyvanın — zürafənin qarşısında aciz qalıb. Belə ki, hündürlüyü 3 metrə kimi çatan zürafə, öz balasını meşə krallarından qorumaq üçün onlarla mübarizə aparır və qalib gəlir. Sputik həmin görüntüləri təqdim edir:

524
Teqlər:
zürafə, şir, vəhşi, kral, heyvan
Əlaqədar
Vəhşi heyvan bəşəriyyətə insanlıq dərsi keçdi
Yüzlərlə heyvanı kim məhv edib?
Bu heyvanlar bir-birilərini adla çağırır, doğmalarının ölümünə kədərlənirlər
Bakıda insanlar heyvanların yerini dar ediblər
Heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapıldı
Mumiya, arxiv şəkli

Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb

12
Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

BAKI, 17 yanvar — Sputnik. Qədim Misirdə üzərində ginekoloji əməliyyat izi olan mumiya aşkarlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Qranada və Xaena universitetlərinin alimləri qadın mumiyası üzərində apardıqları araşdırma zamanı məlum olub ki, qadın ginekoloji əməliyyat keçirib.

Mumiyanın bizim eradan əvvəl 1878-1797-ci illərə aid olduğu bildirilir. Həmin şəxs sağlığında çanaq sümüyündən ciddi zədə alıb və güclü xəstəlikdən əziyyət çəkib. Yerli təbiblər onu sağaltmağa çalışıblar. Onlar qadın üzərində "fumiqasiya" əməliyyatı aparıblar. Belə ki, yaraya toksiki maddələr verərək, mikrobları öldürməyə çalışıblar.

Qeyd edək ki, bu üsul indi ancaq bitkilər üçün həyata keçirilir.

Müəyyən edilib ki, qadın yüksək təbəqədən olub və onun adı Sattjeni A. olub. Sonuncu hərf qadını digərlərindən fərqləndirmək üçün olub.

Çünki həmin dövrdə Sattjeni əhali arasında populyar ad olub. Mumiya qaya məzarlığında aşkarlanıb. Orada 11 yaxşı vəziyyətdə qalmış mumiya olub.

12
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

15
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

15

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0