Donald Tusk

Avropa İttifaqından vacib Türkiyə açıqlaması

197
Donald Tusk: "Qarşıdakı aylarda zirvə toplantısı keçirmək üçün hazırlıq görürük"

BAKI, 16 dek — Sputnik. Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Türkiyə ilə qarşıdakı aylarda zirvə toplantısı keçirmək üçün hazırlıq gördüklərini deyib. Sputnik xəbər verir ki, Aİ-nin liderlər yığıncağından sonra jurnalistlərə danışan Tusk bildirib ki, toplantıda Türkiyə ilə zirvə keçirilməsi mövzusu müzakirə edilib. "Zirvənin tarixi hələlik dəqiqləşməyib", — şura sədri əlavə edib.

Türkiyə ilə dialoqun vacibliyinə toxunan Donald Tusk qeyd edib ki, nəticə əldə edilməsi lazım olan bir sıra ortaq təşəbbüslər: "Gələcək zirvədə viza rejiminin ləğvi ilə yanaşı gömrük sahəsində və qaçqın məsələsində əməkdaşlıq kimi fərqli mövzular müzakirə ediləcək".

197
Teqlər:
viza rejimi, zirvə, Türkiyə, Donald Tusk, Avropa İttifaqı
Əlaqədar
Avropa İttifaqı dağılma mərhələsində
Avropa İttifaqı sürətlə populyarlığını itirir
Ərdoğan Avropa İttifaqını hədələdi
"Avropa İttifaqının arxasınca sürünməyin mənası yoxdur"
Avropa İttifaqı Türkiyə ilə müzakirələrin dayandırılması təklifini qəbul etmədi
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlir
Rusiya Müdafiə Nazirliyinin binası, arxiv şəkli

Moskva Qarabağa dair qurulacaq Mərkəz barədə: "Türkiyə hərbçilərinin sayı..."

51
(Yenilənib 17:58 01.12.2020)
Rusiya Müdafiə Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub.

BAKI, 1 dekabr — Sputnik. Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Ortaq Mərkəzə dair razılığa gəlib. Mərkəzdə hər iki ölkədən olan hərbçilərin sayı bərabər olacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri general-mayor İqor Konaşenikov bildirib.

"Rusiya Federasiyası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq", - deyə Konaşenkov bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayaraq Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələrin başa çatdığını və tərəflər arasında anlaşma imzalandığını bildirib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

51
Çak Norris, arxiv şəkli

"Qarabağ, sən indi xoşbəxtsən" - amerikalı aktyor Azərbaycanı təbrik etdi

25
(Yenilənib 17:22 01.12.2020)
Norris açıqlamasında "Qarabağ, sən indi əsl ailənlə xoşbəxtsən" deyib. Qeyd edək ki, Çak Norris əvvəllər də izləyicilərinin istəklərini video vasitəsilə çatdırıb.

BAKI, 1 dekabr — Sputnik. Məşhur amerikalı aktyor, film rejissoru və ssenaristi Çak Norris Qarabağla bağlı danışıb.

O, açıqlamasında "Qarabağ, sən indi əsl ailənlə xoşbəxtsən" deyib.

Qeyd edək ki, Çak Norris əvvəllər də izləyicilərinin istəklərini video vasitəsilə çatdırıb.

Məlumat üçün bildirək ki, Norris Qərb yarımkürəsində taekvondo sistemi üzrə 8-ci dərəcəli qara kəmərə layiq görülən ilk idmançı, eləcə də Ümumdünya Təkbətək Döyüş Liqasının (World Combat League) banisi və prezidentidir.

Çak Norris çoxsaylı teleşouların yaradıcısı olmaqla yanaşı, öz jurnalını nəşr etdirir, bir neçə kitabın müəllifidir. ABŞ-da onun aktyorluq işi çoxdan ikinci plana çəkilib. Hazırda Norris milli miqyasda xristian missioneridir. Çoxsaylı dini təşkilat və fondlarda üzvlüklə yanaşı, Çak populyar "World Net Daily" saytında bir bölümə rəhbərlik edir. Həmin bölümün əsas mövzusu İncil və xristianlığın ABŞ-da fəal təbliğatından ibarətdir. O, bundan başqa, ondan artıq filmdə rol alıb.

25
İmza, arxiv şəkli

Azərbaycanda rəsmi statistikanın inkişafına dair Dövlət Proqramına dəyişiklik edilib

0
Dəyişikliyə əsasən, DSK, TN, ƏƏSMN tərəfindən Peşə və orta-ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğuna dair seçmə statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsinə 2021-ci ildən başlanılacaq.

BAKI, 1 dekabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında" Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncama əsasən, Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına müvafiq dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, DSK, TN, ƏƏSMN tərəfindən Peşə və orta-ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğuna dair seçmə statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsinə 2021-ci ildən başlanılacaq. Əvvəl bu müddət 2020-ci ildən başlaması nəzərdə tutulurdu.

Həmçinin, DSK, NRYTN, DİN tərəfindən Avtomobil nəqliyyatı ilə sərnişin daşınmalarına dair seçmə statistik müayinənin keçirilməsinə də 2021-ci ildən başlanılacaq.

Sərəncama əsasən, DSK, İN tərəfindən Sahibkarlıq subyektlərinin işgüzar fəallığının öyrənilməsinə dair rüblük seçmə statistik müayinənin keçirilməsi 2021-2024-cü illəri əhatə edəcək. Əvvəl bu prosesin 2020-2023-cü illəri əhatə etməsi müəyyən edilmişdi.

0
Teqlər:
Prezident İlham Əliyev, sərəncam, ƏƏSMN, DSK, statistika, Dövlət Proqramı