Leopard, arxiv şəkli

Vəhşi heyvan bəşəriyyətə insanlıq dərsi keçdi

193
(Yenilənib 09:48 15.12.2016)
Bu video hər kəsi heyrətə salır

BAKI, 15 dek — Sputnik. Tropik meşənin ən vəhşi pişiklərindən sayılan leopardın bir videosu insanları təəccübləndirib. Sputnik xəbər verir ki, ac olan vəhşi pişik yemək üçün meymunu ovlayır.

Dərhal meymunu öldürən leopard sonradan bala meymunu görür. Meymun balasını ağacdan götürsə də, onu yemir, əksinə öz balası kimi meymun balasının qayğısına qalır.

193
Teqlər:
leopard, vəhşi, video, meşə, meymun, pişik
Əlaqədar
Yüzlərlə heyvanı kim məhv edib?
Bu heyvanlar bir-birilərini adla çağırır, doğmalarının ölümünə kədərlənirlər
Bakıda insanlar heyvanların yerini dar ediblər
Heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapıldı
İnsanlarla heyvanların hüceyrələri çarpazlaşdırılacaq
Azərbaycan Gürcüstandan heyvanlarin gətirilməsinə qadağa qoyub
London, arxiv şəkli

Fərdi sanksiyalar! Britaniya rusiyalılara səudiyyəlilərə qarşı "müharibəyə" başlayır

0
(Yenilənib 23:01 06.07.2020)
Bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq.

BAKI, 6 iyul — Sputnik. Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bazar ertəsi "Maqnitski düzəlişi" çərçivəsində insan hüquqlarının pozulmasına görə barəsində sanksiyalar tətbiq ediləcək Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşlarının adlarını açıqlayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Financial Times" qəzeti nazirin özünə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq. "Financial Times" yazır ki, sanksiya siyahısında "işgəncə icraçılarının, qatillərin və təcavüzkarların" adları olacaq.

Raabın qara siyahısına, Londonun fikrincə, 2009-cu ildə hüquqşünas Sergey Maqnitskinin ölümündə əli olan şəxslərin adları da daxil ediləcək. Nəşrin məlumatına görə, sanksiyalar dərhal qüvvəyə minəcək.

Qəzetin yazdığına görə, siyahıda müxalifətçi jurnalist Camal Qaşıqçının öldürülməsində əli olduğu şübhəli bilinən Səudiyyə Ərəbistanı təbəələrinin də adları olacaq.

0
Rusiya İstintaq Komitəsinin avtomobili, arxiv şəkli

Qadın yüksək səslə musiqiyə qulaq asan doqquz yaşlı uşağı öldürüb

6
(Yenilənib 21:42 06.07.2020)
Hazırda azyaşlını qətlə yetirməkdə şübhəli bilinən rusiyalı qadın həbs edilib. Məhkəmə onu 10 illik azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

BAKI, 6 iyul — Sputnik. Rus qadın yüksək səsli musiqi səbəbindən doqquz yaşlı uşağı öldürüb. Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnodar diyar İdarəsinin saytında məlumat verilib.

İstintaq müəlliflərinin sözlərinə görə, 10 may 2019-cu il tarixdə 9 yaşlı uşaq 28 yaşlı rus qadının oğlanın dayısı ilə birgə yaşadığı Baqovskaya qəsəbəsi, Boqatır küçəsindəki evinə gəlib. Evdə olarkən məktəbli oğlan yüksək səslə musiqi dinləyib. Qadın qorxub ki, bu səsə onun yatmaqda olan azyaşlı uşağı oyanacaq.

Kuban sakini olan qadın uşaqla mübahisə edib və onu boğub. Sonra qadın cinayətin izlərini itirib.

Hazırda azyaşlını qətlə yetirməkdə şübhəli bilinən rusiyalı qadın həbs edilib. Məhkəmə onu 10 illik azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Oğlan uzun müddət itkin sayılıb. Yüzlərlə insan - könüllülər və hüquq-mühafizə orqanları onun axtarışları ilə məşğul olub.

Rusiyada bu, yüksək səslə musiqiyə qulaq asması səbəbindən adamın öldürüldüyü yeganə hadisə deyil. Belə ki, 2019-cu ilin dekabrında Krasnodar vilayətinin sakini qonşunu və onun oğlunu eyni səbəbdən güllələmişdi. 2018-ci ildə rusiyalı Kirov Tibb Akademiyasının tələbəsi qonşusunu musiqinin səsini almaqdan imtina etdiyi üçün öldürmüşdü.

6