Ağ Ev, arxiv şəkli

ABŞ Səudiyyə Ərəbistanına silah satışını məhdudlaşdıracaq

21
(Yenilənib 22:42 14.12.2016)
Ağ Ev Yəməndəki hava hücumlarında "qüsurlar" səbəbindən narahat olduğunu dilə gətirib

BAKI, 14 dek — Sputnik. ABŞ Yəməndəki silahlı toqquşmalar səbəbindən, Səudiyyə Ərəbistanına silah satışını məhdudlaşdıracağını açıqlayıb. Sputnik hurriyet-ə istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin bir səlahiyyətlisi, Səudiyyə Ərəbistanına artıq həssas idarə olunan sursatın satılmayacağını söyləyib.

YPG döyüşçüləri
© AFP 2020 / DELIL SOULEIMAN

Ağ Ev Yəməndəki hava hücumlarında "qüsurlar" səbəbindən narahat olduğunu dilə gətirib. Yəməndəki hava hücumları səbəbiylə oktyabr ayındakı bir cənazə mərasimində 140-dan çox adam həyatını itirmişdi. Hücumla əlaqədar husi üsyançılarına qarşı, seçilmiş hökuməti dəstəkləyən Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya qüvvələri günahlandırılmışdı. Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Price, bu hadisədən sonra Səudiyyə Ərəbistanını xəbərdar etmişdi.

Silah satışında müəyyən məhdudiyyətin qoyulmasına baxmayaraq, ABŞ Səudiyyə Ərəbistanına xüsusilə sərhəd təhlükəsizliyi ilə bağlı kəşfiyyat paylaşımı dəstəyini davam etdirəcək.

Yəməndə döyüşün başladığı 2014-ci ildən bu yana minlərlə vətəndaş həyatını itirib, təxminən üç milyon adam yaşadığı yerlərdən ayrılmaq məcburiyyətində qalıb.

21
Teqlər:
satış, Ağ Ev, Səudiyyə Ərəbistanı, Yəmən, ABŞ, silah
Əlaqədar
"ABŞ nüvə silahlarını Türkiyədən çıxarır"
ABŞ-da növbəti silahlı basqın
ABŞ bu ölkəyə silah embarqosunu qaldırdı
ABŞ Hərbi Dəniz Qüvvələri bu yay super silahdan istifadə etməyi planlaşdırır
"ABŞ-ın terrorçulara ötürdüyü silahlar Türkiyəyə tuşlanır"
ABŞ-da 2015-ci ildə 52 mindən çox silahlı hücum qeydə alınıb
Şarl Mişel, arxiv şəkli

Şarl Mişel İlham Əliyevə zəng vurub: "Narahatıq"

28
(Yenilənib 19:47 30.09.2020)
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib və münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu bildirib.

BAKI, 30 sentyabr — Sputnik. Sentyabrın 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib və münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu bildirib.

Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı törətdiyi və bu gün də davam edən növbəti hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumat verərək qeyd edib ki, sentyabrın 27-də Ermənistan tərəfinin qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizi, hərbi birləşmələrimizin mövqelərini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində 14 mülki şəxsimiz və hərbi qulluqçularımız həlak olublar.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Belə ki, Ermənistan baş nazirinin "Dağlıq Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır" bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və Minsk qrupunun rəhbərliyi də bunu bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır, hərbi cinayətdir. Prezident İlham Əliyev bildirib ki, Ermənistan baş naziri hələ sentyabrın 27-si hərbi toqquşmalar baş verməzdən əvvəl on minlərlə könüllüdən ibarət hərbi birləşmələrin yaradılması barədə qərar vermişdi. Bu, Ermənistanın növbəti təcavüzə hazırlaşması mənası daşıyırdı.

Dövlətimizin başçısı Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyətin Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

28
Almaniya bayrağı Belində parlamentin binası üzərində, arxiv şəkli

Almaniya Türkiyə Rusiyanı Azərbaycan Ermənistana təsir etməyə çağırdı

30
(Yenilənib 19:14 30.09.2020)
Dağlıq Qarabağda münaqişənin dramatik şəkildə gərginləşməsi göstərir ki, dondurulmuş münaqişələri həll edilmiş münaqişələr etmək lazımdır, əks halda, onlar daima gərginləşəcək.

BAKI, 30 sentyabr — Sputnik. Almaniya Ermənistan və Azərbaycan münaqişəsinin uzunmüddətli həlli üçün Rusiya və Türkiyəni Cənubi Qafqazda öz "xüsusi" təsirindən istifadə etməyə çağırır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin Dövlət naziri Mixail Rot bildirib.

"Dağlıq Qarabağda münaqişənin dramatik şəkildə gərginləşməsi göstərir ki, dondurulmuş münaqişələri həll edilmiş münaqişələr etmək lazımdır, əks halda, onlar daima gərginləşəcək. Biz Ermənistan və Azərbaycanla, həmçinin region üzrə tərəfdaşlarla sıx əlaqədəyik", - deyə Almaniya Xarici İşlər Nazirliyinin Dövlət naziri bildirib.

O xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının təşəbbüsü ilə döyüşlərə son qoyulması üçün bir qətnamə qəbul edib.

30
Partlayış, arxiv şəkli

Ermənistanın səkkiz "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib-VİDEO

0
(Yenilənib 22:23 30.09.2020)
Müdafiə Nazirliyi: Bu gün axşam saatlarında keçirilən döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Ordusunun bölmələrinin bu gün axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

0