Nazirlər Kabinetinin siyahısı prezidentə təqdim olundu

© REUTERS / Italian President press officePaolo Gentiloni
Paolo Gentiloni - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni siyahıda, hazırki hökumətdə təmsil olunanlardan bir çoxunun da adı var

BAKI, 13 dek — Sputnik. İtaliyada baş nazir Matteo Renzinin istefasından sonra, yeni hökuməti qurmaq tapşırılan, keçmiş xarici işlər naziri Paolo Gentiloni, hökumətdə təmsil olunacaq nazirlərin siyahısını prezident Sergio Mattarellaya təqdim edib. Sputnik xəbər verir ki, 20 nəfərlik siyahıda M.Renzi hökumətində təmsil olunanlardan bir çoxunun da adı var.

Qeyd edək ki, xarici işlər naziri vəzifəsinə Angelino Alfano, iqtisadiyyat naziri vəzifəsinə isə Pier Karlo Padoan gətirilib.

Xəbər lenti
0