Kobra, arxiv şəkli

İlanlar xərçəng xəstəliyini müalicə edir

3346
(Yenilənib 11:24 13.12.2016)
Bu kobranın zəhərindən xərçəng dərmanı hazırlanır

BAKI, 13 dek — Sputnik. Rusiya və Hindistandan olan alimlər orqanizmdəki xərçəng hüceyrələrini məhv edən preparat hazırlayırlar. Onun üzərində Milli Tədqiqat Texnologiya Universitetinin elmi əməkdaşları, Tezpura Universitetindən olan hind kolleqaları ilə birlikdə işləyirlər.

Sputnik xarici mətbuata istinadən xəbər verir ki, alfa-neyrotoksin preparatının əsasını Tailand kobrasından alınmış zəhər təşkil edir. Mütəxəssislər zəhəri selenid kadmium (Cadmium selenide) nanohissəciklərinin yarımkeçiriciləri ilə birləşdiriblər. Orqanizmə yeridərkən, bu preparat xərçəng hüceyrələrini tapır və şişlərin sərhədlərini əhatəyə alır. Xəstəliyin yayılma mərhələsini təyin etmək üçün yayılma zonasını ultrabənövşəyi şüalarla məhv etmək lazımdır.

Mütəxəssislər bildirirlər ki, sözügedən preparat onkoloji xəstəliklərin ilkin diaqnostikasında olduqca vacibdir. Məlumdir ki, şiş nə qədər tez təyin olunsa, pasientin xilas olmaq şansı da bir o qədər yüksəkdir.

Ekspertlər artıq preparatın kliniki tətbiqə qədər olan variantını hazırlayırlar. Onlar ümid edirlər ki, nəticələr müsbət olacaq. Həkimlər tezliklə bu dərmanın köməyi ilə xərçəngi, onun ən ilkin mərhələsində müəyyən edəcəklər.

Qeyd edək ki, Şərqi və Cənub-şərqi Asiyada çoxdan şişlərin ilan zəhərinin köməyi ilə ənənəvi müalicəsi mövcuddur. Hindistan, Tailand, Birma, Banqladeş kimi ölkələrdə üzdə görünən xoşagəlməz şişləri ilan zəhərindən alınmış məlhəmlərlə, yaxud da xəstəni ilanın sancmasını təşkil etməklə sağaltmaq ənənəsi var. Sən demə, ilan zəhəri yayılmış şişlərin sərhədlərini asanlıqla müəyyənləşdirir. Sonra isə şişin yayıldığı həmin ərazi müəyyən vasitələrin köməyi ilə yandırılır.

3346
Teqlər:
müalicə, alim, zəhər, xərçəng, Hindistan, ilan, Rusiya
Əlaqədar
Göbələkdən alınan maddəni xərçəng xəstələrinə vurdular və görün nə baş verdi
Alimlər xərçəngi məhv edən maddəni əldə etdilər
Bakı apteklərində xərçəngə qarşı dərmanlar yoxa çıxıb
Xərçəngə qarşı mübarizə kökündən səhv gedirmiş
Ən çox xərçəngə yoluxan peşə sahibləri bəlli oldu

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

41
(Yenilənib 00:03 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

41
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ
Buludlar arasında ay, arxiv şəkli

Dünyanın başına yeni Ay dolanır

20
(Yenilənib 23:34 24.11.2020)
Yer kürəsində tez-tez belə miniatür "Aylar" olur. Ancaq, bir qayda olaraq, onlar doqquz aydan çox olmamaq şərtilə planetin ətrafında fırlanaraq, Günəş sistemi ilə "səyahətə" çıxır

BAKI, 24 noyabr — Sputnik. Dünyanın ətrafına üç ildir ki, dövr edən miniatür peyk aşkar edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, alimlər bu obyekti planetimizin yaxınlığında olarkən aşkar edə biliblər.

Göydəki zəif bir nöqtəni 2020-ci ilin fevralında Arizonadakı "Catalina Sky Survey"dən olan astronomlar görə biliblər. Onlar obyekti "2020 CD3" adlandırıblar. Peykin təbiətini müəyyən etmək dərhal mümkün olmayıb. Əvvəlcə alimlər onun bir qaya parçası, bir peyk və ya raket parçası ola biləcəyini düşünüblər.

Daha sonra kiçik peyk yaxından araşdırılıb, onun təbii mənşəli olduğu qənaətinə gəliblər. Diametri yalnız 1,2 metr olan peyk Günəş sisteminin asteroid qurşağındakı əksər obyektlər kimi silikatlardan ibarətdir.

Tədqiqatçılar onun trayektoriyasını müşahidə edərək, müəyyən ediblər ki, peyk Yerin orbitində 2,7 il əvvəl görünüb. Yer kürəsində tez-tez belə miniatür "Aylar" olur. Ancaq, bir qayda olaraq, onlar doqquz aydan çox olmamaq şərtilə planetin ətrafında fırlanaraq, Günəş sistemi ilə "səyahətə" çıxır. "2020 CD3" həqiqi Aya çox yaxın uçub və bu onu daha sabit bir orbitə çıxarıb.

2020-ci ilin martında peyk Yer kürəsinin yaxınlığını tərk edib. Ancaq elm adamlarının dediyi kimi, Çilidə Vera Rubin Rəsədxanası işə düşdükdən sonra çox sayda belə miniatür obyekt tapa biləcəklər. Ən yaxşı halda, komanda iki-üç ayda bir yeni "mini Ay" kəşf edəcək. Bu tip asteroidlər haqqında çox az şey bilinir və onların Yerin orbitinə yaxınlaşması müşahidə üçün misilsiz imkanlar yaradır.

20
Teqlər:
kosmos, Yer, peyk, Ay
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

72
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

72
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu