Tramp və Klinton

ABŞ-dakı seçkilərlə bağlı maraqlı fakt üzə çıxdı

43
(Yenilənib 15:34 09.12.2016)
Prezidentliyə namizədlərin seçki kampaniyalarına xərclədikləri pulun məbləği bəlli olub

BAKI, 9 dek — Sputnik. Ötən ayın əvvəlində yekunlaşan və dünyada geniş hay-küyə səbəb olan ABŞ-dakı prezident seçkiləri ilə bağlı gizlin qalan məlumatlar üzə çıxıb. Sputnik Skynews.com-a istinadən, prezidentliyə namizədlər — respublikaçı Donald Tramp və demokrat Hillari Klintonun seçki kampaniyasına xərclədikləri pulların məbləğini əldə edib.

Belə ki, yeni seçilən prezident Donald Tramp kampaniya müddətində 322 milyon dollar, Demokrat partiyadan olan namizəd Hillari Klinton isə 565 milyon dollar pul xərcləyib.

43
Teqlər:
məbləğ, seçki kampaniyası, Hillari Klinton, Donald Tramp, ABŞ, prezident seçkiləri
Əlaqədar
Özbəkistanda prezident seçkiləri baş tutub
Amerikalı senator: ABŞ-da prezident seçkiləri qeyri-demokratikdir
Moldovada prezident seçkilərinin ikinci turu keçirilir
Donald Tramp ABŞ-da prezident seçkilərində irəlidədir
ABŞ-da prezident seçkilərində Rusiya izi
Rusiya Müdafiə Nazirliyinin binası, arxiv şəkli

Moskva Qarabağa dair qurulacaq Mərkəz barədə: "Türkiyə hərbçilərinin sayı..."

38
(Yenilənib 17:58 01.12.2020)
Rusiya Müdafiə Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub.

BAKI, 1 dekabr — Sputnik. Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Ortaq Mərkəzə dair razılığa gəlib. Mərkəzdə hər iki ölkədən olan hərbçilərin sayı bərabər olacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri general-mayor İqor Konaşenikov bildirib.

"Rusiya Federasiyası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi arasında noyabrın 11-i imzalanan memoranduma uyğun olaraq, atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə Rusiya-Türkiyə Ortaq Mərkəzinin yaradılması və fəaliyyətinə dair razılıq əldə olunub. Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Rusiya və Türkiyə hərbçilərinin sayı bərabər olacaq", - deyə Konaşenkov bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayaraq Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələrin başa çatdığını və tərəflər arasında anlaşma imzalandığını bildirib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

38
Çak Norris, arxiv şəkli

"Qarabağ, sən indi xoşbəxtsən" - amerikalı aktyor Azərbaycanı təbrik etdi

20
(Yenilənib 17:22 01.12.2020)
Norris açıqlamasında "Qarabağ, sən indi əsl ailənlə xoşbəxtsən" deyib. Qeyd edək ki, Çak Norris əvvəllər də izləyicilərinin istəklərini video vasitəsilə çatdırıb.

BAKI, 1 dekabr — Sputnik. Məşhur amerikalı aktyor, film rejissoru və ssenaristi Çak Norris Qarabağla bağlı danışıb.

O, açıqlamasında "Qarabağ, sən indi əsl ailənlə xoşbəxtsən" deyib.

Qeyd edək ki, Çak Norris əvvəllər də izləyicilərinin istəklərini video vasitəsilə çatdırıb.

Məlumat üçün bildirək ki, Norris Qərb yarımkürəsində taekvondo sistemi üzrə 8-ci dərəcəli qara kəmərə layiq görülən ilk idmançı, eləcə də Ümumdünya Təkbətək Döyüş Liqasının (World Combat League) banisi və prezidentidir.

Çak Norris çoxsaylı teleşouların yaradıcısı olmaqla yanaşı, öz jurnalını nəşr etdirir, bir neçə kitabın müəllifidir. ABŞ-da onun aktyorluq işi çoxdan ikinci plana çəkilib. Hazırda Norris milli miqyasda xristian missioneridir. Çoxsaylı dini təşkilat və fondlarda üzvlüklə yanaşı, Çak populyar "World Net Daily" saytında bir bölümə rəhbərlik edir. Həmin bölümün əsas mövzusu İncil və xristianlığın ABŞ-da fəal təbliğatından ibarətdir. O, bundan başqa, ondan artıq filmdə rol alıb.

20
Министерство труда и социальной защиты населения

Şəhid ailələri qazilərə ödəniləcək müavinətlərlə bağlı açıqlama verildi

4
Talıbov deyib ki, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri məlumatsızlıqdan irəli gəlir.

BAKI, 1 dekabr - Sputnik. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri isə məlumatsızlıqdan irəli gəlir. Onlar digər sosial ödənişlərlə (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunurlar:

- Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.
- Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.

Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:
- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);
- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;
- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;
- Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;
- Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;
- Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;
- Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;
- Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;
- Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-ədək avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir.

Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

4