Qan analizi, arxiv şəkli

Yaponlar dünyanı dəhşətə saldılar: mutantlar gəlir

3255
(Yenilənib 20:28 06.12.2016)
Yeni aşkarlanan qan qrupları, əvvəllər qruplaşdırılmış I, II, III və IV qan qruplarının heç birinə uyğun gəlmir

BAKI, 6 dek — Sputnik. Yaponiyada alimlər, insanlarda qeyri-adi qan qrupunun meydana gəldiyini bəyan ediblər. Sputnik xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər yeni qan qruplarının əvvəllər qruplaşdırılmış I, II, III və IV qan qruplarına uyğun gəlmədiyini müəyyənləşdiriblər. Yeni aşkarlanan iki qan qrupu Junior və Langereis adlarını alıb.

Üç valideyndən dünyaya gəlmiş uşaq sağlamdır
© Photo : PUBLIC DOMAIN

Tədqiqatçılar bu yeni qan qruplarının Fukusima atom elektrik stansiyasında baş verən qəzanın nəticəsi olaraq radiasiya fonundakı dəyişikliklərin baş verməsi səbəbindən meydana gəldiyini düşünürlər. Bu, hələlik sadəcə versiyalardan biridir.

Alimlər hələ ki, qan qruplarının dəyişməsi ilə nəticələnən bu mutasiyanın dəqiq səbəbini təyin edə bilməyiblər. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə insanlarda bir neçə qan qrupu əmələ gələcək. Tədqiqatların nəticəsinə görə, qarşıdakı dövr ərzində daha 15 qan qrupu yaranacaq.

Yapon alimləri insanların orqanizmində mutasiyanın baş verdiyi barədə müşahidələrini də bölüşüblər. Onların fikrincə, qan qruplarının mutasiyaya uğraması planetimizdə mutant insanların yaranmasının bariz əlamətidir.

3255
Teqlər:
qan qrupu, mutasiya, tədqiqat, alim, qan, insan, Yaponiya
Əlaqədar
Əgər mutasiya baş verməsəydi, görün, ilanlar necə olardı
Daha qan üçün donorlara ehtiyac olmayacaq
Qan azlığı olanların nəzərinə
Qalatasaray azarkeşləri, arxiv şəkli

Türkiyənin məşhur klubundan şəhidimizlə bağlı jest

4
(Yenilənib 16:26 24.11.2020)
"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar.

BAKI, 24 noyabr — Sputnik. "Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Fəridin səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CBC Sportun idman şərhçisi Gündüz Abbaszadə məlumat yayıb. O bildirib ki, şəhidin ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək: ""Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!"

Xatırladaq ki, Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin "Qalatasaray" klubu ilə bağlı olub. Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ımın bayrağını da asarsınız", - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər. Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray" bayrağı da asılıb. Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı "Qalatasaray" klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.

4
Teqlər:
bayraq, arzu, Qax, azərbaycanlı, şəhid, "Qalatasaray" futbol klubu, Türkiyə
Yerevana mənzərə, arxiv şəkli

Ermənistanda daha bir nazir istefa verib

13
Xaçaryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunub. Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb.

BAKI, 24 noyabr — Sputnik. Ermənistanda daha bir nazir istefa verib.

Sputnik Ermənistan-ın məlumatına görə, ölkənin iqtisadiyyat naziri Tiqran Xaçatryan bir gün qabaq istefa ərizəsi yazıb.

Qeyd edək ki, T. Xaçaryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb.

13