Həbs

Müxalifət liderinin müşaviri həbs edildi

35
(Yenilənib 11:23 06.12.2016)
O, FETÖ-yə bağlılıqda, təşkilatın üzvü olmaqda ittiham edilir

BAKI, 6 dek — Sputnik. Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun baş müşaviri Fatih Gürsul göz altına alınıb. Sputnik hurriyet-ə istinadən xəbər verir ki, Gürsul İstanbul Cümhuriyyət Baş Prokurorluğunun təlimatı əsasında Ankarada saxlanılıb və evində axtarış aparılıb.

O, FETÖ-yə bağlılıqda, təşkilatın üzvü olmaqda ittiham edilir. Gürsulun, fətullahçıların internetdə gizli yazışmalar məqsədilə istifadə etdiyi "ByLock" proqramının istifadəçisi olduğu qeyd edilir.

35
Teqlər:
Fatih Gürsul, FETÖ, Kamal Kılıçdaroğlu, ittiham, CHP, Türkiyə, müxalifət
Əlaqədar
Prezident müxalifətlə dialoq yolunu seçdi
Jirinovski razıdır, müxalifət narazı
İnhisarçı müxalifət
Türkiyənin ana müxalifət lideri ölümdən döndü
Ərdoğan müxalifət liderləri ilə görüşüb
Müxalifət fövqəladə vəziyyət qərarına münasibət bildirdi

Putindən Ərdoğanla bağlı xoş sözlər: "Belə etibarlı tərəfdaşla işləmək xoşdur"

53
Rusiya lideri: "Türkiyə prezidenti Ərdoğan müstəqil siyasət yürüdür: Qərara aldı ki, ölkəsinə müasir HHM sistemi lazımdır, dedi və S-400 aldı".

BAKI, 22 oktyabr - Sputnik. "Türkiyə prezidenti Ərdoğan müstəqil siyasət yürüdür: Qərara aldı ki, ölkəsinə müasir HHM sistemi lazımdır, dedi və S-400 aldı. Belə etibarlı tərəfdaşla işləmək xoşdur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Rusiya prezidenti Putin Valday klubunda onlayn çıxışı zamanı deyib.

"Ərdoğan dedi biz bunu reallaşdıracağıq, biz də elədik. Digər sahələrdə əməkdaşlıq edirik. Mən bilirəm ki, Ərdoğan müstəqil xarici siyasət yürüdür. Bütün təzyiqlərə baxmayaraq, biz onunla çox qısa zamanda “Türk axını” layihəsini reallaşdırdıq. Amma Avropa ilə indiyə qədər bunu edə bilmirik, illərdir mövzu çeynənir. Avropa elementar müstəqillik və suveren iradə göstərib ona xeyir gətirəcək "Şimal axını-2" layihəsini reallaşdıra bilmir. Biz öz milli maraqlarımızı başa düşərək Türkiyə ilə bunu tez bir vaxtda elədik", - deyə Putin vurğulayıb.

53
Əlaqədar
Putin: "Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"
Rusiya prezidenti: Minsk qrupu formatını bir az dəyişmək olar
Putin ümid edir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək
Rəcəb Tayyip Ərdoğan və Həsən Ruhani. İstanbul, 14 aprel 2016-cı il

Ərdoğan Ruhaniyə: Qarabağ məsələsində işğala məruz qalanla işğalçını ayırd etmək önəmlidir

34
(Yenilənib 21:40 22.10.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığında Qarabağ məsələsinə toxunub.

BAKI, 22 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, telefon danışığı zamanı prezidentlər Türkiyə-İran əlaqələri, terrorla mübarizədə əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Suriya barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan torpaqlarını işğal edən Ermənistanın mülki əhalini atəşə tutmasının müharibə cinayəti olduğunu vurğulayan Ərdoğan deyib:

"Bu məsələdə haqlı ilə haqsızı, işğala məruz qalanla işğalçını ayırd etmək önəmlidir".

34
Армянская военная форма

Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb

0
(Yenilənib 00:18 23.10.2020)
Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının növbəti siyahısını açıqlayıb.

BAKI, 22 oktyabr - Sputnik. Ermənistan hökuməti oktyabrın 22-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb.

Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bugünkü siyahıda 26 nəfərin adı yer alıb.

Bu günədək Ermənistan tərəfinin açıqladığı itkilərin sayı 900 nəfərə çatıb.

Qeyd edək ki, qarşı tərəf itkilərinin sayını məqsədyönlü şəkildə gizlədir.

0
Əlaqədar
MN: Ermənistan rəhbərliyi cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Ermənistan ordusu ağır itkilər verməyə davam edir - VİDEO
İtkilər üzə çıxır? Ermənistan ordusunun əsgəri ölüb
"Ermənistanın verdiyi itkilər arasında xaricdən gətirilən muzdlular çoxluq təşkil edir"