Bu gündən bütün siqaretlər yeni qiymətlə satılacaq

© Sputnik / Murad OrujovNazik siqaretlər
Nazik siqaretlər - Sputnik Azərbaycan
Abunə olmaq
Siqaret istehsalçıları hər bir qutu siqaretə görə qiymətləri 50 qəpik artırıb

BAKI, 5 dek — Sputnik. Türkiyədə spirtli içkilər və tütün məhsullarına tətbiq edilən aksiz vergisi artırıldıqdan sonra, siqaretin yeni qiymətləri məlum olub. Sputnik hurriyet-ə istinadla xəbər verir ki, "Resmi Gazete"də dərc olunan qərara görə, spirtli içkilərin aksiz vergisi 10 faiz, tütün məhsullarının aksiz vergisi 27,5 faiz nisbətində artırılıb.

Siqaret istehsalçıları da hər bir qutu siqaretə görə qiymətləri 1 (təxminən 50 qəpik) lirə artırıb. Yeni artımla siqaret satışları 5 dekabrdan etibarən qüvvəyə minib.

Dəyişikliyə görə, 9 lirəyə olan siqaret 10 lirəyə, 10 lirəyə olan siqaretlər 11 lirəyə yüksəlib. 9.5 lirəyə olan bəzi siqaretlər isə 50 quruş artırılaraq 10 lirəyə qaldırılıb.

Xəbər lenti
0