Eşton Karter

ABŞ ordusu İraqda hələ çox qalacaq

15
Eşton Karter: "Gələn ilin yanvarınadək əməliyyatın başa çatma ehtimalı var. Amma indidən dəqiq fikir yürütmək çətindir"

BAKI, 5 dek — Sputnik. "Mosul vilayətini İŞİD terrorçularından təmizləyəndən sonra da Amerika əsgərlərinin İraqda qalmasına ehtiyac var". Sputnik xəbər verir ki, bunu Birləşmiş Ştatların müdafiə naziri Eşton Karter "Fox News" telekanalına özəl müsahibəsi zamanı bildirib.

Jurnalistin "Yanvarın 20-dək Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatı başa çatacaqmı?" sualına Karter belə cavab verib: "Həmin müddətə qədər əməliyyatın başa çatma ehtimalı var. Amma indidən dəqiq fikir yürütmək çətindir. Hava şəraiti ilə bağlı ciddi problemlər var. İraq ordusu bütün ehtimalları nəzərə alır".

15
Teqlər:
əməliyyat, İraq, Amerika, terror, İŞİD, Mosul
Əlaqədar
İraqın baş naziri ABŞ-ın yeni prezidentindən görün nə istədi?
Rusiyalı deputatdan mühüm açıqlama: "İraq və Suriyanın şimalı türk torpaqlarıdır"
İraqda terror aktı zamanı iranlı zəvvarlar ölüb
İraq ordusu Mosula daxil oldu
ABŞ-ın müdafiə naziri İraqdadır
"Obama İraqı İrana verdi"