US Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program

İran ABŞ-la nüvə razılaşmasını poza bilər

35
ABŞ-da 1996-cı ildə İranın nüvə proqramına qarşı qəbul edilən qanunun icrasının müddəti bu ilin dekabrında bitir.

BAKI, 4 dek — Sputnik. ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadacaqsa, rəsmi Tehran nüvə sazişi üzrə öhdəliklərindən imtina edəcək.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə  İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.  

“Əgər onlar (ABŞ) sanksiyalara qayıdacaqsa, biz  razılaşmaya riayət etməyəcəyik”, — deyə Zərif qeyd edib.   

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatasının İrana qarşı qəbul etdiyi sanksiyaların 10 il uzadılmasına dair qanunu imzalamaq niyyətində olduğunu bildirib.

ABŞ-da 1996-cı ildə İranın nüvə proqramına qarşı qəbul edilən qanunun icrasının müddəti bu ilin dekabrında bitir.  

35
Millət vəkili Fəzail İbrahimli

"Hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz"

12
(Yenilənib 12:34 26.11.2020)
"Onların qəbul etdiyi qətnamə qərəzlidir. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik" - Fəzail Ağamalı

BAKI, 26 noyabr — Sputnik. "Həmkarlarım burada beynəlxalq hüquqdan danışırlar. Beynəlxalq hüquq haradadır? Fransa Senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli parlamentin bu gün keçirilən iclasında deyib.

F.İbrahimli qeyd edib ki, Fransa Senatının üzvləri Əlcəzairdə soyqırımı törədən qatillərin nəvələridirlər:

"Burada insanlıqdan nəsə gözləmək sadəlövhlük olar. Fransanın içi yanır, sürünür. Çünki Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı, münaqişəni özləri həll etdilər. Axı Fransa ermənilərə söz vermişdi, indi də öz sözünü tuta bilmir. Ancaq hansısa kağızla Azərbaycana təsir göstərmək olmaz. Azərbaycan həmişə haqqı-ədaləti tutub. Azərbaycanla danışığın bir forması var və bu, haqq-ədalət, beynəlxalq hüquq müstəvisində olmalıdır".

İclasda deputat Fəzail Ağamalı da çıxış edərək bildirib ki, Fransa Senatının üzvləri beynəlxalq hüquqdan kifayət qədər xəbərdardırlar: "Ona görə də onların qəbul etdiyi qətnamə qərəzlidir. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik".

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

12
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası

Bakıdakı Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTO

29
(Yenilənib 12:27 26.11.2020)
Paytaxt sakinləri səfirlik qarşısına toplaşaraq Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz ediblər.

BAKI, 26 noyabr — Sputnik. Bakı sakinləri Fransanın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, paytaxt sakinləri və 40-a yaxın QHT səfirlik qarşısına toplaşaraq Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz ediblər.

APA-nın məlumatına görə, iştirakçılar ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldırıb, "Qarabağ Azərbaycandır", "Fransa ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə", "Fransa ATƏT-dən rədd ol!" kimi şüarlar səsələndiriliblər.

Aksiyaçılar hazırlanmış bəyanatı oxuyublar. 

  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
1 / 5
© Photo : TREND
Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası

 

Bəyanatda bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya kölgə salır: "Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə göz yuman, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizm riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi. 

Bu qətnamə əldə edilmiş sülhü təhlükə altına atır. Biz bu qətnaməni pisləyir və ləğv edilməsini tələb edirik. Senatın bədnam qətnaməsi ləğv olunana qədər isə Fransa ilə bütün əlaqələrin dayandırılmasını tələb edirik". 

Etirazçılar Senatın qəbul etdiyi qətnaməni BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkə adlandırıblar: "Fransa ATƏT-in Minsk qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etsin, Parisdəki səfirimiz geri çağırılsın". 

Bəyanatı "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı", Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti", "Gənc Vətənpərvərlər" və digər qeyri-hökumət təşkilatları imzalayıb. 

Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.

29
Teqlər:
etiraz, səfirlik, Fransa, Bakı, Azərbaycan
Ağdamda Cümə məscidi, arxiv şəkli

Xalq artisti Ağdamda azan səsləndirib - VİDEO

0
(Yenilənib 14:14 26.11.2020)
Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər

BAKI, 26 noyabr — Sputnik. Əslən Ağdamdan olan Xalq artisti Mənsum İbrahimov öz doğma torpağına səfər edib. Ağdam məscidini ziyarət edən Xalq artisti orada azan səsləndirib.

Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər.

0
Teqlər:
Cümə məscidi, Mənsum İbrahimov, xalq artisti, azan, Ağdam