BAKI, 1 dek — Sputnik. Qalatasaraylı futbolçu Luis Pedro Cavandanın yaşadığı 3 mərtəbəli lüks rezidansın mansard qatında yanğın çıxıb. Hadisə gecə saat 03:00 radələrində İstanbulun Bakırköy səmtində baş verib.
Sputnik xəbər verir ki, faciənin qarşısı yanğınsöndürən briqadalar tərəfindən qısa zaman ərzində alına bilib. Həmin binada Qalatasarayın keçmiş futbolçusu Emre Belezoğlunun atası Mehmet Belezoğlu da yaşayır.
Polisin verdiyi məlumata görə, yanğın kondisionerdəki nasazlıq səbəbindən başlayıb.
BAKI, 22 aprel — Sputnik. Əgər Moskva və Brüssel indi iqlim üzrə işləməyə başlamasa, onda bu mövzu da qıcıqlanma və qarşıdurma məsələsinə çevriləcək.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Rusyadakı səfiri Markus Ederer bildirib.
"Rusiyanın Aİ-dəki səfiri kimi mən əməkdaşlığın xeyrinə işləməyə hazıram. İqlim əməkdaşlığı ilə bağlı da. Əgər biz indi birgə işləməyə başlamasaq, nəticədə bu mövzu da qıcıqlanma və qarşıdurma məsələsinə çevriləcək. Ona görə də gəlin birgə işləyək", - deyə Ederer "Rusiya və Avropa sabahkı dünyada" adlı videokonfransda çıxışı zamanı bildirib.
BAKI, 22 aprel — Sputnik. Türkiyəli məşhur müğənni Hakan Altun xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, televiziya proqramının çəkilişindən əvvəl onun vəziyyəti pisləşib. Daha çox Türkiyənin məşhur müğənnisi Sibel Canla duet ortağı olan Hakan Altunun beş gün reanimasiyada qalacağı bildirilib.
Müğənni 2007-ci ildən onun beyin əməliyyatını aparan həkimin nəzarəti altındadır.