Ev quşlarının peyvənd edilməsi, arxiv şəkli

Təhlükə artıq qapımıza dayanıb

263
"Quş qripi" virusuna yoluxan 500 min toyuq məhv edilib

BAKI, 30 noy — Sputnik. İranda təhlükəli "quş qripi" virusu aşkar edilib. Bu ölkənin Baytarlıq idarəsindən verilən məlumata görə, H5N8 virusuna yoluxan 500 min toyuq məhv edilib.

Sputnik Hürriyet-ə istinadən xəbər verir ki, İranda 4 quşçuluq fabrikində qrip virusu aşkarlanıb. "Yüksək dozada H5N8 virusu aşar edildiyi üçün 513 min baş toyuq məhv edilib", — deyə Baytarlıq idarəsindən bildirilib.

Xəbərə görə, Rusiya və Yaponiyadakı quşçulq fabriklərində də "quş qripi" aşkarlanıb. Yaponiyada 310 min toyuq məhv edilmək üçün ayrılıb, 165 min ördək isə öldürülüb.

263
Teqlər:
H5N8 virusu, quş, toyuq, "quş qripi", virus, İran
Əlaqədar
"Quş qripi"nə qarşı növbəti yoxlamalara başlanır
Yeni "quş qripi" təhlükəsinə qarşı reydlər başlayır
Qriplə bağlı elə bir fakt ortaya çıxdı ki...
Azərbaycanda "quş qripi" ilə bağlı növbəti rəsmi açıqlama
Bu ölkədə qripdən 84 nəfər ölüb
“Donuz qripi” ilə bağlı dezinfeksiya olunacaq ali məktəblərin adları açıqlanıb
 Braziliyada epidemioloji vəziyyət

Virusdan ölənlərin sayı getdikcə artır

5
(Yenilənib 12:35 04.07.2020)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 078 760-a çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 525 191 nəfər vəfat edib, 5 875 364 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 794 min 321 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 666 941 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
İT mütəxəssisi Vahid Qasımov

İT mütəxəssisi: “5G-nin insan bədəninə ziyanından danışmaq əsassızdır”

115
(Yenilənib 11:44 04.07.2020)
İT mütəxəssisi Vahid Qasımov deyir ki, necəki 3G, 4G texnologiyaları tətbiq edilməyə başlayanda müxtəlif nağıllar danışılırdısa, indi də daha geniş imkanlara sahib 5G haqqında belə nağıllar dolaşır
Vahid Qasımov: “Azərbaycanda 5G texnologiyasının sürətlə yayılması ehtimalı aşağıdır”

Azərbaycanda 5G texnologiyası tətbiq olunmur. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

İT mütəxəssisi Vahid Qasımov Sputnik Azərbaycan-a deyir ki, 5G texnologiyası bizim gündəlik istifadə etdiyimiz mobil internet texnologiyalarının yeni versiyasıdır:

“Necəki 3G, 4G texnologiyaları tətbiq edilməyə başlayanda müxtəlif nağıllar danışılırdısa, indi də daha geniş imkanlara sahib 5G haqıqnda belə nağıllar dolaşır. Bu texnologiyalarından istifadə olunması ilə bağlı beynəlxalq təşkilatlar təfindən müəyyən qaydalar hazırlanır və ondan sonra tətbiq edilməyə başlanır. Ona görə də 5G-nin insan bədəninə hansısa ziyanından danışmaq hazırkı məqamda əsassızdır. Artıq 5G şəbəkələri dünyanın 20-25 ölkəsində aktiv şəkildə tətbiq edilir. Azərbaycanda isə 5G texnologiyasının sürətlə yayılma ehtimalı aşağıdır”.

Vahid Qasımovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

115
Dərsliklər, arxiv şəkli

Erkən nikahlarla bağlı mövzular dərsliklərə məqsədlə salınıb

0
(Yenilənib 13:33 04.07.2020)
"Bunun əvəzinə orta-ümumtəhsil məktəblərinin dərsliklərinə ümumi həyat bilgisi, ilkin təcili yardım, özünmüdafiə, fövqəladə vəziyyətdən necə çıxış yolu tapmaq lazımdır, bu haqda məlumatlar daxil edilməlidir" - Kamran Əsədov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Növbəti tədris ilindən etibarən erkən nikahlar və qohum nikahlarla bağlı dərsliklərə maarifləndirici material daxil ediləcək. Maraqlıdır, bunun effekti nə dərəcədə olacaq?

Bu barədə Sputnik Azərbaycan-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bunun heç bir faydasının olmayacağını vurğulayıb: "Burada auditoriya düzgün seçilməyib. Çünki erkən nikahları həyata keçirən şagirdlər deyil. Şagirdlər tərəfindən bu dərslərin nə dərəcədə mənimsənilməsi bunun həyata keçməsi demək deyil, yəni, bu erkən nikahdan qorunmaq deyil. Tutaq ki, şagird erkən nikahla bağlı materialı mənimsəyib. Bəs, valideyn? Bu səbəbdən də deyirəm ki, maarifləndiriləcək kütlə düzgün seçilməyib. Valideynin qonşusunda imkanlı biri olandan, atası başlıq pulunu alandan sonra nə olacaq?! Şagird valideynin fikrini dəyişə biləcəkmi".

"Baxın, erkən nikahlar restoranlarda qeydə alınır. Bəs, restoran sahibinin guya bundan xəbəri yoxdur?. Necə olur ki, bu gün maskaya görə cərimələr yazılır, amma erkən nikaha görə, kimsə cinayət məsuliyyətinə cəlb olunmur. Hər il Azərbaycanda 500-dək erkən nikah qeydə alınır, bəs buna görə məsuliyyət hanı, qeydə alınırmı?", - deyə K.Əsədov əlavə edib.

K.Əsədov bildirib ki, erkən nikahlar daha çox imkansız, çox qız uşaqlarının olduğu ailələrdə baş verir.

"Bunun əvəzinə orta-ümumtəhsil məktəblərinin dərsliklərinə ümumi həyat bilgisi, ilkin təcili yardım, özünmüdafiə, fövqəladə vəziyyətdən necə çıxış yolu tapmaq lazımdır, bu haqda məlumatlar daxil edilməlidir. Yolda birinin ürəyi getsə, ilkin tibbi yardım göstərə biləcəksiniz? Yol hərəkəti qaydalarını hamı bilirmi? Məktəblər bunu öyrətməlidir. Məktəb insanı həyata hazırlamalıdır",- deyə ekspert əlavə edib.

0