Fidel Kastro vəfat edib

© Sputnik / Vladimir Rodionov / Mediabanka keçidKuba inqilabının lideri Fidel Kastro
Kuba inqilabının lideri Fidel Kastro - Sputnik Azərbaycan
Abunə olmaq
Fidel Kastro 2006-cı il iyulun 31-də səhhətinin pisləşməsi ilə əlaqədar səlahiyyətlərini qardaşı Raula verib. Rəsmi şəkildə səlahiyyətlər 2008-ci ildə Raul Kastroya keçib.

BAKI, 26 noy — Sputnik. Kuba inqilabının lideri Fidel Kastro 90 yaşında dünyasını dəyişib.

Bu barədə Kuba televiziyası məlumat yayıb.

Kuba lideri Raul Kastro da F. Kastronun vəfat etdiyini açıqlayıb.

Fidel Alexandro Kastro Rus 1926-cı il avqustun 13-də doğulub. Havana Universitetinin hüquq fakültəsində təhsil alıb və tələbəlik illərində Kuba Xalqı Partiyasına qoşulub. Batista rejiminə qarşı partizan müharibəsi başlayıb və üsyançılar 1959-cu il yanvarın 1-də paytaxt Havananı ələ keçiriblər. Fidel Kastro yeni qurulan hökumətə başçılıq edib. F. Kastro Kubanın sosialist modelə keçdiyini elan edib. Kastro dövründə Kuba SSRİ ilə müttəfiq olub və sovet dövləti “azadlıq adası”na iqtisadi-hərbi dəstək verib. 1976-cı ildən etibarən, 30 il ərzində komandante Fidel Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri, İnqilabi Silahlı Qüvvələrin baş komandanı və ölkənin Milli Müdafiə Şurasının sədri vəzifələrini tutub. 

Fidel Kastro 2006-cı il iyulun 31-də səhhətinin pisləşməsi ilə əlaqədar səlahiyyətlərini qardaşı Raula verib. Rəsmi şəkildə səlahiyyətlər 2008-ci ildə Raul Kastroya keçib. 2011-ci il aprelin 19-da Fidel Kastro Kuba Kommunist Partiyasının rəhbərliyindən gedib. Son 5 ildə o, memuarlar yazıb, müxtəlif çıxışlar edib.

Xəbər lenti
0