Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin, arxiv şəkli

Viktor Yanukoviç Kiyev məhkəməsində dindirilib

42
O, 2014-cü ilin fevral ayında paytaxtda baş vermiş qarşıdurmalara görə şahid qismində ifadə verib

BAKI, 25 noy — Sputnik. Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin paytaxt Kiyevdəki Svyatoşinski Rayon Məhkəməsində dindirilməsinə başlanılıb. Sputnik RT-yə istinadən xəbər verir ki, keçmiş dövlət başçısı məhkəməyə videoəlaqə vasitəsilə ifadə verib.

O, 2014-cü ilin fevral ayında paytaxtda baş vermiş qarşıdurmalara görə şahid qismində dindirilir. Məhkəmə prosesinin baş tutması üçün Kiyev şəhər Svyatoşinski Rayon Məhkəməsi və Viktor Yanukoviçin bir müddət əvvəl gəldiyi Rusiyanın Rostov Vilayət Məhkəməsi arasında videoəlaqə təşkil edilib.

42
Teqlər:
Viktor Yanukoviç, Ukrayna, Kiyev, məhkəmə, prezident
Əlaqədar
BBC Yanukoviçin müsahibəsini təhrif edib
Yanukoviç: Bu gün Donbas əhalisi soyqırıma məruz qalır
"Ankara Ukrayna məsələsində Moskvanın mövqeyini müdafiə edə bilər"
Qalmaqallı ukraynalı deputat Moskvaya gedib
Ukrayna böhranının həlli yolu tapıldı
ABŞ xarici siyasəti "Ukrayna dalanı"na dirənib