Kristofer Dempsi və Hezer Kruqer

Qara ciyərini bağışladığı qadınla evləndi

52
(Yenilənib 17:50 25.11.2016)
"Əgər o vəziyyətdə mən olsaydım və kimsə mənə yardım əli uzatsaydı, nə hiss edərdim?"

BAKI, 25 noy — Sputnik. Amerika Birləşmiş Ştatlarında maraqlı və ibrətamiz hadisə yaşanıb. Belə ki, Çikaqo şəhərində yaşayan Kristofer Dempsi adlı kişi, iki il öncə əməliyyatla qaraciyərini bağışladığı Hezer Kruqer adlı xanımla ailə həyatı qurub. Sputnik bu barədə Türkiyə KİV-nə istinadən məlumat verir.

Evli cütlüyün eşq hekayəsi, Dempsi 2014-cü ildə dəniz piyadası işləyərkən yaşanıb. İş yoldaşı ona əmisi qızına təcili qara ciyər köçürülməli olduğunu, əks halda onun ölə biləcəyini söyləyib.

Kristofer Dempsi və Hezer Kruqer
© Photo : Today.com
Kristofer Dempsi və Hezer Kruqer

İngiltərənin özəl telekanallarından birinə müsahibə verən Dempsi, həmin hadisəni bu cür nəql edib: "İş yoldaşım o sözləri mənə deyəndə bir anda dayanıb düşündüm. Düşündüm ki, əgər o vəziyyətdə mən olsaydım və kimsə mənə yardım əli uzatsaydı, nə hiss edərdim? Dərhal qərar verdim və dostuma dedim ki, əməliyyatla qara ciyərimin yarısını o xanıma verə bilərəm".

Əməliyyatdan sonra Hezer Kruqeri şam yeməyinə dəvət etdiyini söyləyən Kristofer Dempsi, həmin axşam ona qarşı ciddi duyğular hiss etdiyini bildirib. "Və nəhayət biz bu il evlənməyə qərar verdik", deyə — keçmiş dəniz piyadası əlavə edib.

52
Teqlər:
daxili orqan, qara ciyər, Kristofer Dempsi, Hezer Kruqer, Çikaqo, kişi, evlilik, Amerika Birləşmiş Ştatları, ABŞ, qadın
Əlaqədar
Ciyərlərinizi təmizləmək üçün bunları mütləq edin
Qara ciyəri möhkəmləndirən vasitələr
Ürəyin və böyrəklərin sağlamlığını istəyirsinizsə...
Bu meyvə ürəyin dərmanıdır
Bu iki qida böyrəklərimizi məhv edir
Böyrək çatışmazlığından əziyyət çəkən aktyor: "40 min dollara ehtiyacım var"
Ermənistan hökuməti UNICEF-in Yerevandakı nümayəndəliyinin rəhbəri Merienn Klark-Hattinq

Ermənistanda Azərbaycanla bağlı casus qalmaqalı - İngilis diplomat Bakıya məlumat ötürüb?

960
(Yenilənib 13:24 09.03.2021)
Ermənistan XİN-ində olan mənbə bildirib ki, Klark-Hattinq təcili Ermənistanı tərk edib. Ermənistan hökuməti onu "persona non grata" elan edib.

BAKI, 9 mart — Sputnik. Ermənistan hökuməti UNICEF-in Yerevandakı nümayəndəliyinin rəhbəri Merienn Klark-Hattinqin fəaliyyətini dayandırıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Anna Naqdalyan bildirib.

"BMT-nin daimi nümayəndəsi və UNICEF-in nümayəndələri bu qərar barədə məlumatlandırılıb", - deyə Naqdalyan bildirib.

Qeyd edək ki, Ermənistan XİN-ində olan mənbə Sputnik Ermənistan-a bildirib ki, Klark-Hattinq təcili Ermənistanı tərk edib. Qeyd olunur ki, Klark-Hattinq öz missiyası zamanı bəzi səhvlər buraxıb. Onun hansı səhvlər buraxdığı bildirilmir.

Qeyd edək ki, daha əvvəl "Mediaport" telegram kanalı məlumat yayıb ki, Klark-Hattinq Azərbaycan və Böyük Britaniyanın xeyrinə casusluq edib və ona görə Ermənistan hökuməti onu "persona non grata" elan edib.

960
ABŞ bayrağı, arxiv şəkli

Azərbaycan ABŞ-dakı erməni lobbisinin Pakistana hücumlarını pisləyib

13
N.Ağayev Pakistanın Azərbaycana göstərdiyi dəstəyə görə ABŞ-dakı radikal erməni lobbisinin müharibədən sonra Pakistana qarşı çirkin qarayaxma kampaniyasına start verdiyini qeyd edərək,

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Türkiyənin Los-Ancelesdəki baş konsulu Can Oğuzun birgə iştirakı ilə martın 4-də ABŞ-dakı Pakistan icmasının rəhbərləri ilə onlayn görüş keçirilib.

Bu barədə Sputnik Azərbaycan Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Görüşdə çıxış edən baş konsul N.Ağayev Vətən Müharibəsi dövründə qardaş Türkiyə və Pakistanın Azərbaycanın haqq mübarizəsinə verdiyi hərtərəfli siyasi dəstəyə görə minnətdar olduğumuzu, bu mübarizəmizin nəticəsində 30 illik qanunsuz işğaldan sonra Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırıb.

Diplomat həm müharibə, həm də ondan sonrakı dövrdə ABŞ-ın Pakistan icmasının xüsusilə Los-Ancelesdə Azərbaycana tam dəstəyini nümayiş etdirdiyini qeyd edərək, icma rəhbərlərinə təşəkkürünü bildirib. Pakistan icması ilə son illərdə sıx dostluq münasibətlərinin qurulmasından bəhs edən N.Ağayev bu prosesin məhz Los-Ancelesdə başladığını və Azərbaycan, Pakistan və Türkiyə Baş Konsulluqlarının səylərilə, keçirilən birgə tədbirlərlə hər üç icma arasında da yaxın münasibətlərin yarandığını vurğulayıb.

N.Ağayev Pakistanın Azərbaycana göstərdiyi dəstəyə görə ABŞ-dakı radikal erməni lobbisinin müharibədən sonra Pakistana qarşı çirkin qarayaxma kampaniyasına start verdiyini qeyd edərək, bunun bir daha bu ekstremist lobbi qruplarının əsl xislətini nümayiş etdirdiyini diqqətə çatdırıb. Baş konsul bildirib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinin davam etməsində maraqlı olan erməni lobbisi yalnız özü haqda düşünür və buna görə də bu lobbi təşkilatları regionda sülhün bərqərar olmasında əsla maraqlı deyil. Çünki Ermənistanın öz qonşuları ilə normal münasibətlərinin yaranacağı təqdirdə erməni lobbi təşkilatlarının ianə toplamaq və diasporu radikal ideologiya ətrafında səfərbər etmək imkanları da azalacaq. Təsadüfi deyil ki, 10 noyabr razılaşmasından sonra erməni lobbisi bu razılaşmanın pozulması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasının qarşısının alınması və yeni müharibənin alovlanması üçün dəridən-qabıqdan çıxır.

Erməni lobbisinin Pakistana qarşı bu məkrli hücumları başlayan kimi Baş Konsulluğun bu hücumları dərhal pislədiyini və Pakistan icması ilə həmrəylik nümayiş etdirdiyini qeyd edən N.Ağayev, qardaş Azərbaycan, Türkiyə və Pakistan icmaları arasında sıx münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra çıxış edən Türkiyənin baş konsulu C.Oğuz üç ölkə arasında tarixi qardaşlıq və əməkdaşlıq münasibətlərinə diqqət çəkib. O, Türkiyənin Vətən Müharibəsi dövründə Azərbaycana siyasi dəstəyinin iki ölkə arasındakı sarsılmaz əlaqələrə, eləcə də beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsaslandığını qeyd edib.

C.Oğuz çıxışında qardaş Pakistanın Azərbaycana qəti dəstəyini alqışladıqlarını bildirərək, Kaliforniyada Azərbaycan və Türkiyəni hədəf alan erməni lobbisinin artıq Pakistan icmasına qarşı hücuma keçdiyini təəssüflə bildirib. O, Kaliforniyadakı siyasətçilərin qərəzli yanaşmadan çəkinərək, Türkiyə, Azərbaycan və Pakistan icmalarının da fikir və narahatlıqlarını dinləməsinin və nəzərə almasının zəruriliyini vurğulayıb.

Sonra çıxış edən Pakistan icma rəhbərləri daim qardaş Azərbaycan və Türkiyənin yanında olduqlarını qeyd edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən böyük məmnunluq hissi keçirdiklərini və bunun regionda davamlı sülhə yol açacağına inandıqlarını bildiriblər.

Qeyd edək ki, ABŞ-da hazırda 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu və nüfuzu durmadan artır.

13

cür qənaət edirsiniz?

0
0