Bu ölkə Türkiyəyə silah satışını dayandırdı

© AP Photo / Hans PunzAvstriya parlamenti, arxiv şəkli
Avstriya parlamenti, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Avstriya parlamenti Türkiyəyə silah ixracına qadağa qoyub

BAKI, 25 noy — Sputnik. Avstriya parlamenti Türkiyəyə hərbi avadanlıq və təchizat ixracatının qarşısının alınmasını tələb edən təklifi qəbul edib. Avropa İttifaqı üzvü olan ölkələrin xarici işlər və müdafiə nazirlərinin keçən həftə Brüsseldə keçirilən yığıncağında, "Türkiyə ilə üzvlük müzakirələri dayandırılsın" çağırışını edən tək ölkə də Avstriya olub.

Sputnik hurriyet-ə istinadla xəbər verir ki, Avstriya Məclisindən verilən yazılı açıqlamaya görə, altı siyasi partiyanın təşəbbüsü ilə təqdim edilən, Türkiyəyə silah ixracının qarşısını almağa yönəlmiş təklif yekdilliklə qəbul edilib. Türkiyədə insan hüquqlarının tapdandığı vurğulanan təklifin səbəbi isə onunla əlaqələndirilib ki, həmin silahlar müxaliflərə qarşı istifadə edilə bilər.

Xəbər lenti
0