Fransa miqrantları görmək istəmir

© ft.comAfrikalı mühacirlər
Afrikalı mühacirlər - Sputnik Azərbaycan
Abunə olmaq
Hökumətin bu planına daha çox Əfqanıstandan olan miqrantlar maraq göstərir.

BAKI, 24 noy – Sputnik. Calais şəhərində dağıdılan “Jungle” düşərgəsində yaşayan miqrantların ölkələrinə dönmələri üçün Fransa hökuməti vəd etdiyi təşviqin miqdarını 2 min avrodan 2 min 500 avroya yüksəldib.

Sputnik xəbər verir ki, bu barədə Fransanın Miqrantlar və Uyğunlaşma ofisindən məlumat verilib. Açıqlamada qeyd olunur ki, təşviq yalnız viza rejımi tətbiq olunan ölkələrdən gələnləri və könüllü olaraq qayıtmaq istəyənləri əhatə edəcək.

Hökumətin bu planına daha çox Əfqanıstandan olan miqrantlar maraq göstərir.

İlin sonuna qədər təxminən 4 min miqrantın geri göndərilməsi planlaşdırılır.

Xəbər lenti
0