BAKI, 22 noy — Sputnik. Türkiyədə 15 iyul hadisələri ilə bağlı elan olunan fövqəladə vəziyyət çərçivəsində, Nazirlər Kabineti tərəfindən qəbul edilən 677 saylı Qərara əsasən, Türkiyə Silahlı Qüvvələri, polis və digər qurumların bir sıra işçiləri vəzifələrindən azad olunub. "Resmi Gazete"nin verdiyi məlumata görə, həmçinin bir çox dərnək, idarə və mətbuat qurumları bağlanıb.
Qərara uyğun olaraq:
— Daxili İşlər Nazirliyi və tabe qurumlarda 2696;
— Ali Təhsil Qurumunda (YÖK) 1184;
— Səhiyyə Nazirliyində 752;
— Maliyyə Nazirliyində 526;
— Ailə və Sosial Siyasət Nazirliyində 131;
— Milli Təhsil Nazirliyində 119;
— Dini İşlər Nazirliyində 94;
— Enerji və Təbii Sərvətlər Nazirliyində 73;
— Meşə və Su Təsərrüfatı Nazirliyində 52;
— TRT-də 45;
İşdən azad edilmiş dövlət qulluqçuları arasında 7586 polis əməkdaşı, Quru Qoşunlarının 1259, Hərbi Dəniz Qüvvələrinin 391, Hərbi Hava Qüvvələrinin 338 hərbi qulluqçusu və 403 Jandermeriya əməkdaşı da var. Ümumilikdə 15 761 nəfər dövlət qulluqçusu xidmətdən kənarlaşdırılıb.
Bundan başqa, 375 dərnək və 9 mətbuat-yayım qurumu bağlanıb. Bundan əvvəl vəzifəsindən azad edilən 157 nəfər isə işinə bərpa edilib.
BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.
Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.
"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.
BAKI, 21 yanvar - Sputnik. Ermənistanın Səhiyyə Nazirliyi İkinci Qarabağ müharibəsində həlak olmuş 3450 əsgərinin meyitini ekspertizadan keçirib.
Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə səhiyyə naziri Anait Avanesyan bildirib.
Hökumətin iclasından sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, hər gün 30 meyitin şəxsiyyəti müəyyənləşdirilir.
O, hələ də şəxsiyyətləri müəyyənləşdirilməyən meyitlərin olduğunu etiraf edib. Nazir jurnalistlərin nə qədər meyitin şəxsiyyətinin müəyyənləşdirilməməsi barədə sualına cavab verməyib. Lakin bildirib ki, meyitlərin tanınması prosesi sürətlənib.
Ötən gün Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Qarabağ müharibəsində 3 439 hərbi qulluqçunun həlak olduğunu açıqlayıb.